Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Sentyabr 2020

Ermənistanın Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası

Keçən gün, çərşənbə axşamı, iranlı tələbələr, Ermənistanın Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

SəhərAzəri xəbər verir, İranlı tələbələr, sionist rejimin hərəkətləri barədə xəbərdarlıq edərək, işğal olunmuş ərazilərdə Ermənistan səfirliyinin açılmasına etiraz edib, Yerəvanı sionist rejimlə münasibətlərinə yenidən baxmağa çağırıblar. Bu, İranlıların Ermənistan səfirliyi qarşısında keçirdiyi ikinci etiraz aksiyasıdır.

Etirazçılar Qüdsdəki işğalçı rejimlə hər hansı bir uzlaşmanı regional təhlükəsizliyə xəyanət hesab edərək onu qınayıblar. Sonda, sionist rejimin bayrağı yandırıldıqdan sonra tələbələrin bəyanatı oxunub.

Bəyanatın bir hissəsində bildirilir: Biz tələbələr; 85 milyondan çox İranlının fəal nümayəndəsi olaraq, bu gün burada Ermənistan səfirliyi qarşısında elan edirik ki, Ermənistanın bu qərarına yenidən baxması lazımdır və səfirini geri çağıraraq, sionist rejimlə səfir mübadiləsində xoşagəlməz bir hərəkətin qurucusu olmamalıdır və İslam dünyasının qəlbində bu məşum ağacı gücləndirməməlidir. Əks təqdirdə, günahın ortağı olacaqdır. Başqa təqdirdə, bu cinayətkarların ayaqlarını öz torpaqlarına açsa; Gecə-gündüz onların pis fitnələrini gözləmək məcburiyyətində olacaq ki bu da İranla dinc və sülhsevər münasibətləri pozan minlərlə fitnədən ibarət olacaq.
170 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
Go to TOP