Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2020

Rusiyanın nüvə bombasından daha qorxunc silahı - "Avanqard"

“Avanqard” 15 dəqiqə ərzində Vaşinqtona çata bilər. Bu müddət ərzində amerikalılar nəinki rus raketinin qarşısını ala, bir fincan qəhvə belə içə bilməyəcək”.

Bu fikirlər Çinin “Sina” informasiya agentliyinin Rusiyanın “Sarmat”, “Avanqard” və “Yaris” raket sistemləri ilə bağlı məqaləsində yer alıb.

Məqalədə raketlərin fərqli döyüş xüsusiyyətlərinə malik olduğu və istənilən düşmən qüvvəsi üçün təhlükə ehtiva etdiyi bildirilib. Qeyd olunub ki, raketlər 10 min km-dən artıq mənzilə sahibdir. Bu da Rusiyanın ən böyük rəqibi olan ABŞ-ı sonsuz çıxılmaz vəziyyətə sala bilər. Raketlərin görünməzlik qabiliyyəti və sürətləri səbəbilə ABŞ Hava Hücumundan Müdafiə Qüvvələrinin onların qarşısını ala bilməyəcəyi vurğulanıb.

“Avanqard” raketinə xüsusi diqqət ayıran agentlik bunu Rusiya ordusunun “şah əsəri” adlandırıb. Sözügedən raketin döyüş xüsusiyyətlərinin nüvə bombasından daha qorxunc olduğu qeyd edilib.
149 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
15.09.20, 07:40
Arıqlamaq istəyənlər...
Go to TOP