Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2020

İ.Haniya: “Biz Qüdsü və Fələstini barıt və güllə ilə qoruyacağıq”

HƏMAS-ın siyasi bürosunun rəhbəri sionist düşməni ilə münasibətlərin normallaşmasını bağışlanmaz günah adlandırıb və Fələstini güllə və barıtla müdafiə etməyin vacibliyini vurğulayıb. İsmail Haniya, Fələstin xalqının sionist rejimi ilə münasibətləri normallaşdıraraq edilən səhvi heç bir ölkəyə bağışlamayacağını deyib.

Parstoday-in verdiyi xəbərə görə, Haniyə verdiyi müsahibədə deyib: "İlhaq planına qarşı bir mitinqlə kifayətlənməyəcəyik, Qüdsü və torpaqlarımızı barıt və güllə ilə qoruyacağıq”. HƏMAS-ın siyasi bürosunun rəhbəri sözlərinə davam edərək, iyulun 1-də ilhaq planının elan edildiyi gecə, ilk dəfə olaraq qabaqcıl raketləri sınaqdan keçirərək, düşmənə açıq bir siqnal verildiyini deyib. “Qərbi Şəriyini işğal planını dayandıran, BƏƏ ilə sionist rejimi arasındakı münasibətlərin normallaşması deyil, Fələstin xalqıdır”, - deyə Haniyə söyləyib. Livandakı Fələstin İslami Cihad hərəkatının sözçüsü bildirib: "Münasibətlərin normallaşması prosesi çoxdan gedirdi və indi baş verənlər bunu yalnız yenilənməsidir. Normallaşma Tramp və Netanyahuya edilən bir “xidmətdir”, amma bizim üçün isə bu bölücü bir amildir və dostunu düşməndən ayıraraq, Fələstin xalqına həqiqi mənzərəni göstərir. Bu gün güzəştə gedənlər ABŞ-ın alətləridir və onların hərəkəti yalnız Fələstin xalqı deyil, bütün müsəlman ümmətini zərbə altında salır”./deyerler/
204 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP