Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2020

Yəmən ordusu Ərəbistanın paytaxtını raketlə vurdu

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii bu ölkə ordusunun raket və PUA briqadalarının müştərək əməliyyatla Ərəbistanın paytaxtı Riyadı vurduqlarını deyib.
General əlavə edib: “Bu əməliyyat “Zulfəqar” raketi və 4 ədəd “Simad 3” tipli PUA vasitəsilə həyata keçib.”
Y. Sərii bu əməliyyatın Ərəbistanın vəhşi hücumlarına və Yəmən xalqını mühasirədə saxlamasına cavab olaraq həyata keçirildiyini, təcavüzkar və cinayətkar Ərəbistanın bundan da ağır hücumlara məruz qalacağını vurğulayıb.
Yəmən ordusu bu həftə Ərəbistanın Abha beynəlxalq hava limanına qarşı da 4 əməliyyat həyata keçirmişdi.
Y. Sərii “Əl-Məyadin” telekanalına verdiyi müsahibədə bildirib ki, bu əməliyyat barədə təcavüzkarlara xəbərdarlıq edilmişdi və biz indi düşmən Ərəbistanın paytaxtını hədəfə alırıq.
Mətbuat katibi həmçinin deyib ki, vaxtı çatanda Riyad əməliyyatının təfərrüatlarını açıqlayacağıq və təcavüzkarların ərazisinin daxilində bir neçə hərbi böyük və həyati mövqelər izlənilib və silahlı qüvvələrimiz onları vuracaq.
208 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP