Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2020

Ərəb Liqası baş katibindən İran və Türkiyəyə qarşı əsassız ittihamlar

“Rusiya əl-Yəvm” informasiya mərkəzinin bildirdiyinə görə, Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul-Qeyz bu liqanın Liviyadakı vəziyyəti narahatlıqla izlədiyini bildirib və liviyalıların daimi sülhə nail olmasını arzulayıb.
Liqanın baş katibi əlavə edib: “Hamıya məlumdur ki, Liviya böhranının hərbi həll yolu yoxdur.” O iddia edib ki, ərəb ölkələri qan tökülməsinin qarşısını almağa səy göstərir və tezliklə buna nail olacaq.
Əbul-Qeyz daha sonra İran və Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürərək deyib: “Son vaxtlar İran və Türkiyənin ərəb ölkələrinin daxili işlərinə müdaxiləsi artıb. Biz bu müdaxilələri pisləyirik və buna etiraz edirik. Bu müdaxilələr təhlükəli vəziyyət alıb, Suriya və Yəməndə haş verən hazırkı böhranları mürəkkəbləşdirir və onları uzadır.”
Ərəb Liqası baş katibi deyib: “Türkiyə Suriya ərazisinin bir hissəsini hələ də işğal altında saxlayır və İraq ərazisinə də hücumlarını davam etdirir. Ankara Liviyanın daxili müharibəsində birbaşa müdaxilə edir.”
260 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP