Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2020

İranın yeni Parlamenti şəhid Süleymaninin yoluna sadiq qalacaq

İran İslami Şurasının yeni seçilmiş sədri Məhəmmədbaqir Qalibaf bu gün açıq iclasda sədr kimi etdiyi ilk çıxışında Parlamentin 11-ci çağırışının yeni dövrdə görəcəyi işlərdən danışıb.

Nitqini Allahın adı və Qurani-kərimin “Əhzab” surəsinin 23-cü ayəsi ilə başlayan Parlament sədri İmam Xomeyninin (r) ruhuna salam göndərib, İnqilabın müdrik rəhbəri həzrət Ayətullah əl-üzma Xameneini dəhşətli tufanlarda inqilab gəmisinin kapitanı adlandırıb, İslam İnqilabı, Müqəddəs Müdafiə, xidmət, sağlamlıq şəhidləri, xüsusilə də bütün İslam ölkələrində müqavimət və hərəm müdafiəçisi şəhidlərini yad edib.

Sədr daha sonra deyib: “Allahın sonsuz salamı olsun müqavimət şəhidlərinin sərvəri, hegemonlar qarşısında müqavimət simvolu, “onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər” ayəsinin təzahürü, İslam İnqilabının Böyük Rəhbərinin sadiq, müti və doğruçu dostu, İslamın başıuca sərdarı general Hacı Qasim Süleymaniyə.

Qalibaf çıxışının digər hissəsində deyib:
“11-ci Məclis dəyişməz strategiya kimi müqavimət cəbhəsinin gücünün artırılmasında şəhid Süleymaninin yolunun davam etməsinə sadiq qalacaq, Fələstin xalqına, Livan Hizbullahına, müqavimət qruplarına, HƏMAS-a, İslami Cihada, məzlum Yəmən xalqına dəstəyi özünün inqilabi və milli vəzifəsi bilir, özünü həmişə İraq xalqı və dini mərcəiyyətinin yanında görəcək və onlarla hər hansı əməkdaşlığa hazır olacaqdır.
11-ci Məclis anti-imperializmi həm ideya-etiqad, həm də maraq-strategiya hesab edir, dünya imperializminin mərkəzi sayılan Amerika ilə müzakirə və sazişi səmərəsiz, zərərli kimi dəyərləndirir. Terrorçu Amerika ilə bizim rəftarımız şəhid Süleymaninin qanının intiqamı silsiləsinin təkmilləşdirilməsi olacaqdır. Bu rəftar Eynül-Əsəd bazasına misilsiz hücumla başladı, Amerikanın İslam Respublikasına cavab vermək iqtidarında olmayan puç heybətini sındırmaqla davam etdi və Amerika terrorçu ordusunu regiondan çıxarmaqla təkmilləşəcək.”

Parlament sədri daxildə aparılacaq işlərdən əlavə, İslami Şura Məclisinin xarici siyasətinə də toxunaraq deyib:
“11-ci Məclis inanır ki, xaricə baxış da region ölkələri, xüsusilə də qonşu ölkələr və çətin günlərdə bizim yanımızda olan böyük dövlətlər üzərində fokuslaşmalıdır. Əlbəttə, 11-ci Məclis bütün dünya cəmiyyətləri ilə münasibətləri genişləndirməyi dəstəkləyir, lakin öz tarixində və İslam Respublikası dövrü təcrübəsində qara iş kitabına sahib olan hökumətlərə etimad etməyi strateji səhv bilir.”
579 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
Go to TOP