Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2020

İran və Azərbaycan arasında ticarət dövriyyəsi azalıb

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin açıqlamasına görə, son bir neçə ayda İran və Azərbaycan arasında ticarət dövriyyəsi azalıb.

Qafqaz Həqiqətləri “Azərtac”-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin açıqlamasına görə cari ilin yanvar və mart ayları ərzində İran və Azərbaycan arasında ticarət mübadiləsinin həcmi 88 milyon dollara çatıb və koronavirus dövründə sonrakı aylarda da kəskin azalıb.

Bu hesabata görə, ötən ilin oxşar ayları ilə müqayisədə həmin rəqəm 142 milyon dollar təşkil edib və bu il 37.7 faiz azalıb.

Halbuki, İran Televiziya və Radio Xəbər Agentliyinin verdiyi məlumata əsasən, ötən bir ildə İran və Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 430 milyon dollar olub və qabaqkı illərlə müqayisədə diqqəti çəkən səviyyədə artım vardır.

Təhlilçilərin fikrincə, İran və Azərbaycan Respublikası arasında yüksək iqtisadi potensialların mövcud olmasına baxmayaraq, Azərbaycan Respublikası gömrük amillərinin çətin tutulması və məhdudiyyətləri iki ölkə arasında ticarət mübadiləsinin azalmasının əsas səbəbi olmuşdur.
572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
Go to TOP