Şrift ölçüsü:
A+
A
A-
Kr
31 May 2020

Sionist qüvvələr Qüdsdə əlil gənci qətlə yetirdilər

Sionist rejimi polisi bu gün (şənbə) səhər saatlarında Qüdsün Babul-Əsbat məntəqəsində fələstinli əlil gəncə qarşı odlu silahdan atəş açaraq onu qətlə yetiriblər.
“SAMA”-nın verdiyi xəbərə görə, sionist rejimi polisi bu gəncin üstündə silah olduğunu və polisə yaxınlaşmaq istədiyini güman edibmiş.
Onların iddiasına görə, gənc dayanmaq barədə xəbərdarlığa məhəl qoymayıb və təqib əməliyyatında ona atəş açılıb.
Fələstinli əlil gənc şəhid edildikdən sonra isə onun üzərində silah olmadığı məlum olub.
Fələstin Qızıl Aypara Cəmiyyəti də sionist rejim hərbçilərinin bu gün səhər saatlarında Tulkarem şəhərinin Cəbbarə yoxlama postunda 31 yaşlı fələstinliyə atəş açaraq onu ayaq nahiyəsindən yaraladığını xəbər verib.
Sionst rejim qüvvələri dünən Ramullahın Nəbi Saleh kəndinə hücum edərək biri sindiromlu xəstə olmaqla iki gənci qətlə yetiriblər.
444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP