Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2020

Dünyada koronadan ölənlərin sayı ilə bağlı - Qorxunc rəqəm

Dünyada yeni növ koronavirusa yoluxanların sayı sutkada 107 mindən çox artaraq 5,7 milyonu keçib. Koronavirusa ilə bağlı ölənlərin sayı 4,3 mindən çox artaraq 357 mini keçdi.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata görə, dünyada 5 701 337 yoluxma və 357 688 ölüm halı qeydə alınıb. Sutka ərzində 107 740 daha çox yoluxub, daha 4 354 nəfər ölüb.

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 613 092 nəfər. Sutkada onların sayı 56 647 nəfər artıb. Orada ölənlərin sayı 2 800 nəfər artaraq 151 212 nəfərə çatdı. Avropada 2 102 574 yoluxma və 178 378 ölüm halı qeydə alınıb. 24 saat ərzində infeksiyaya yoluxanların sayı 22650 nəfər, ölənlərin sayı isə 1047 nəfər artıb.

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur.
446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP