Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2020

Twitter Trampa yerini göstərdi...

Twitter ABŞ prezidenti Donald Trampı zorakılığın təbliğini qadağan edən sosial media qaydalarını pozmaqda günahlandırıb.

Mübahisəli yazı silinməsə də, gizlədilib və: "Bu tvit Twitter-in zorakılığı tərif etmək qaydalarını pozur. Bununla birlikdə, Twitter ictimai maraq üçün bu tvitin hər kəsin baxması mümkün olan yerdə qalmasına qərar verib”, sözləri ilə əvəz edib.

İstifadəçilər şərh yazmadan Trampın tvitini bəyənə, cavab verə və ya yaya bilməzlər.

Minneapolisdə afro-amerikalı Corc Floydun asayiş keşikçiləri tərəfindən öldürülməsindən sonra, bir dəstə etiraz aksiyası zamanı polis məntəqəsini ələ keçirib və yandırıb.

Prezident, iğtişaşlar dayanmasa, Milli Qvardiyanı Minneapolisə göndərə biləcəyini yazıb və bundan sonra əlavə edib: "Talanlar başlayanda atışmalar başlayır." Sosial şəbəkə məhz bu sözləri zorakılığa haqq qazandırmaq və ya tərif etmək kimi dəyərləndirib.

"Bu tvit, ifadənin tarixi konteksti, zorakılıq aktları ilə əlaqəsi və bu gün bənzər hərəkətlərə səbəb ola biləcəyi riski altında zorakılığı tərifləmək barədə siyasətimizi pozur" -Twitter rəhbərliyi deyib.
451 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP