Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2020

İranın “Şahid-129” və “Muhacir-6”-ları İdlibdə terror başçılarını ovlayır - Foto

Məşriq – Türkiyə ordusunun müdaxiləsi və İdlibdə müvəqqəti atəşkəs müqaviləsi ilə terrorçular az da olsa, İdlibin işğalını bir neçə günlük davam etdirə bildilər. Lakin yavaş-yavaş Suriya ordusunun İdlib əməliyyatına başlayacağı xəbərləri dolaşmaqdadır.

Ötən bir neçə ayda cəbhə xəttində atəşkəsə baxmayaraq terrorçular dəfələrlə Suriya ordusunun mövqelərinə hücum edərək, atəşkəsi pozublar. Əlbəttə, onların bu hərəkəti Suriya ordusunun əzici cavabları ilə üzləşib. Amma bu arada müqavimət qüvvələri də Suriya dövləti və ordusuna dəstək olaraq bu ölkədə təkfirçi terrorizmlə mübarizədə parlaq addımlar atıblar.

Dünən terrorçulara bağlı bir sıra medialar xəbər verdilər ki, “Azad Ordu” terror qrupunun sabiq törəmə koalisiyası olan “Azad Vətən Cəbhəsi”nin 1-ci briqadasının komandiri Cəbəluz-Zaviyə məntəqəsində öz avtomobilində bir İran dronu vasitəsilə öldürülüb.

Hişam Əbu Əhməd adlı bu şəxs İdlib terrorçularının tanınımış komandirlərindən sayılırdı.



Hişam Əbu Əhməd, “Azad Vətən Cəbhəsi” terror qrupunun 1-ci briqadasının komandiri

Terror qrupunun komandiri hansı dron vasitəsilə ovlanıb?
Suriya ordusuna dəstək verən qruplar arasında iranlı hərbi müşavirlərin hücum xarakterli silahlı dronlarla təchiz olunmasına diqqət etməklə sözsüz ki, bu əməliyyat İran dron biriqadaları tərəfindən həyata keçirilib. Ötən illərdə İranın Suriyada həyata keçirdiyi dron hücumu əməliyyatlarının görüntülərindən məlum olur ki, iki növ dron Suriyanın müxtəlif məntəqələrində dəfələrlə görüntülənmişdir və onlar “Şahid-129” və “Muhacir-6” dronlarıdır. Dron nəzarət mərkəzlərindən biri Homa aeroportunda yerləşir və onun Cəbəluz-Zaviyə məntəqəsinə ən yaxın baza olduğuna diqqət etməklə, əməliyyatın icra edildiyi yer sayılır. Çox güman ki, bu bazadakı Muhacir-6 dronu terrorçuların böyük komandirlərini ovlamaqla məşğuldur.
Qabaqlar Homa aeroportunda Muhacir-6 dronlarının hüzurunu isbat edən görüntülər yayılıb.



Homa aeroportunda Muhacir-6 dronunun görüntüsü

İran dronlarının cari ildə digər uğurları
Cari il 16 apreldə sosial şəbəkələrdə terrorçulara aid istifadəçi hesablarnda sürətlə yayılan xəbərlərdən məlum oldu ki, tank əleyhinə ən məşhur operatorlardan biri öz şəxsi avtomobili ilə İdlib əyalətinin Səhlul-Ğab məntəqəsində gedərkən İran dronları tərəfindən tanınmış və açılan atəş nəticəsində məhv olmuşdur.
Mahir Kucaq adlı bu terrorçu Azad Ordu terror qrupunun tank əleyhinə 1-ci sahil briqadasında fəaliyyət göstərmişdir. Terrorçuların sözlərinə görə, Mahir Suriyada daxili döyüşlər boyu BGM-71 TOW tank əleyhinə raketlə 155 uğurlu ov həyata keçiribmiş.




Mahir Kucak

1 və 2-ci sahil briqadaları, 13-cü briqada və digər bir neçə terror qrupu 2014-cü ildə birbaşa Amerika ordusu tərəfindən TOW raketləri ilə təchiz edilmiş və amerikalı hərbçilər vasitəsilə təlim görmüş terrorçulardan ibarətdir.
Xalif Xəluf, Suheyl Həmud (ləqəbi: TOW atası), Əbu Həmzə və tank əleyhinə bir çox tanınmış operatorlar bu qrupların üzvləridir.



2017-ci ildə məhv edilmiş anti-tank operatoru Xalif Xəluf

Bu əməliyyat dəqiq məlumat, vaxtında tanımaq və İdlibin dərinliyində düşmən qüvvələrini öz qüvvələrindən ayırd etməyi yüksək səviyyədə bacarmaq, habelə keçid yollarında terrorçuların avtomobilini ovlamaq baxımından həqiqətən də çox parlaq və bənzərsiz bir əməliyyat sayılır.
Bəlkə də belə bir əməliyyatı Suriya müharibəsində təkcə Amerikanın hava qüvvələri on qat bundan artıq təchizat və texnologiyadan istifadə etməklə həyata keçirə bilər.



Əlbəttə, dünya KİV-ləri İran dronlarının bu uğurlarını gizlətmək üçün sözügedən əməliyyatları işıqlandırmamışdır.
533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP