Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2020

İranın neft məhsulları daşıyan 4-cü gəmisi Cəbəllütariqdən keçdi

İranın Fakson adlı neft tankeri Cəbəllütariq böğazını keçib. Bu haqda Gəmiçilik Xətlərinin İzlənilməsi Təşkilatı xəbər verib. İran neft tankeri bir neçə saat bundan öncə Cəbəllütariqdən keçərək Latın Amerikasına tərəf üzməyə başlayıb.
Fortune, Petonia və Forrestdən sonra Fakson İranın benzin dayışan 4-cü tankeridir ki, qərb medialarının yazdığına görə, Latın Amerikası və Venesuelaya səmtinə hərəkət edir.
İran rəsmiləri Latın Amerikasına yanacaq məhsulları daşınması haqda yayılmış bu xəbəri nə təsdiq, nə də təkzib etməyiblər. Lakin qərb KİV-ləri və rəsmiləri bildiriblər ki, İrana məxsus 5 neft tankeri Venesuelaya neft məhsulları aparmaqdadır. Onların sözlərinə görə, Venesueladan İrana hava yolu vasitəsilə böyük həcmdə qızıl yükü gətirilib. Bəzi təhlilçilər bu qızıl yükünün Venesuelaya göndərilən neft məhsulları qarşılığında verildiyini deyir.
İranın “Farsnews” informasiya mərkəzi bildirib ki, Klaul adlı 5-ci neft tankeri də ötən günlərdə Süveyş kanalından keçib və hal-hazırda Latın Amerikasına getmək üçün Cəbəllütariq səmtinə üzməkdədir.
Diqqəti çəkən məsələ budur ki, Amerikanın İrana qarşı sanksiyalarına baxmayaraq bu neft tankerləri öz mövqetəyinetmə sistemlərini söndürmədən hərəkət edirlər.
553 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP