Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2020

Əl-Cəzirə telekanalı Şəhid Süleymanini tərifləməklə Səudiyyə rejimini qəzəbləndirdi

Qətərin Əl-Cəzirə telekanalının İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quds Qüvvələrinin keçmiş komandiri general-leytenant şəhid Hacı Qasım Süleymani haqqında bir video çarx yayımlayaraq, onu Allah yolunda mücahid kimi təqdim etməsi Səudiyyə rejimini qəzəbləndirib.

Ərəb dünyasının ən populyar xəbər kanallarından biri olan Qətərin Əl-Cəzirə telekanalının podkastında şəhid Hacı Qasım Süleymani haqqında bunlar deyilir: “Mən Qasım Süleymani, öz həyatımı İslama, İslam İnqilabına, izzətinə və kəramətinə xidmət edən bir əsgərəm. Mən Süleymani, Allah yolunun mücahid əsgəriyəm. İslam İnqilabı Keşikçiləri Korpusunun Quds Qüvvələrinin komandiriyəm. Adım bölgəmizdə hökmranlıq planlayan böyük şeytanın və sionizmin vücudunu lərzəyə salır. Mən İslam İnqilabının bir əsgəriyəm. Məni dünya sevgisindən təmizləyən və ən böyük arzuları, yəni yolunda şəhidlik bəxş edən Allaha dua edən bir əsgərəm”.

Səudiyyə rejiminin Al-Arabiya telekanalı videonu Tvitter səhifəsində paylaşaraq, Əl-Cəzirənin videosuna qəzəbli reaksiya verib: “Əl-Cəzirə şəhid Süleymanini tərifləyir və onu Allah yolunda mücahidlərin şəhidi adlandırır”./deyerler/
583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP