Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Dekabr 2013

Şeyx Müfidin yuxusu

Bir gecə Şeyx Müfid yuxuda Bağdadın Kərx (کرخ) məscidində oturduğunu görür. Fatimeyi-Zəhra (s) İmam Həsən (ə) və İmam Hüseynin (ə) əllərini tutub Şeyx Müfidin yanına gəlib buyurur: “Ey Şeyx! Bu iki nəfərə fiqh öyrət.”

Şeyx yuxudan heyrət içində ayılır. Bu nə yuxudur, mən kiməm ki bu iki İmama (ə) fiqh öyrədim? Bir tərəfdən də məsum İmamları (ə) yuxuda görmək şeytani yuxulardan sayılmır.

Səhər açılandan sonra Şeyx yuxuda gördüyü məscidə gedib orada oturur. Birdən məsciddə kənizlərin əhatəsində olan möhtərəm bir qadının iki uşağının əlindən tutduğunu görür. O qadın Şeyx Müfidə tərəf gəlib deyir: “Ey Şeyx, bu iki uşağa fiqh öyrət.”

Şeyx yuxusunun təbirini başa düşür və uşaqların təlim və tərbiyəsinə başlayır. O iki nəfərə çox ehtiram göstərir. O iki uşaq, məşhur fəqihlər - Şərif ləğəbi ilə məşhur olan Seyid Rəzi və Ələmül-huda ləğəbli Seyid Mürtəzadır.

Haqq kiminlədir?

Bir məsələdə Şeyx Müfidlə Seyid Mürtəza arasında mübahisə yaranır. Onlar razılaşırlar ki, bu mübahisə haqda həzrət Əliyə (ə) məktub yazsınlar.

Bir müddətdən sonra cavab yaşıl xətlə yazılır: “Ey Şeyx Müfid! Sən mənim etimad etdiyim şəxssən, amma haqq övladım olan Seyid Mürtəza ilədir.”

Şeyx Müfiddən səhv fətva və ona qeybi kömək

Bir kəndli Şeyx Müfidin hüzurana gəlib ondan sual soruşur: “Hamilə qadın ölür, amma uşağı sağdır. Gərək o qadının qarnını yarıb uşağı götürək, yoxsa uşağı da anası ilə dəfn edək?” Şeyx Müfid cavab verir: “Uşağı da anası ilə dəfn edin.”

Kişi geri qayıdan zaman arxadan bir nəfər atını çaparaq ona yaxınlaşıb deyir: “Ey kişi, Şeyx buyurdu ki, o qadının qarnını yarıb uşağı götürün və qadını dəfn edin.”

Kişi onun dediyi kimi edir.

Bir müddətdən sonra bu əhvalatı Şeyxə danışırlar. Şeyx buyurur: “Mən heç kimi onun arxasınca göndərməmişəm. Məlumdur ki o şəxs İmam Zaman (əc) olub. İndi ki şəri hökmlərdə səhv edirəm, yaxşı olar ki, bir daha fətva verməyim.”

Evə qayıdıb qapını bağlayır, çölə çıxmır və sual üçün müraciət edənlərin də suallarına cavab vermir.

O vaxta qədər ki, İmam Zamandan (əc) ona məktub gəlir: “Sizin vəzifəniz fətva verməkdir. Bizim də vəzifəmiz sizi himayət etməkdir ki, xəta baş verməsin.”

Bu göstərişdən sonra Şeyx yenidən fətva verməyə başlayır.

Nəql olunur ki, 30 il ərzində İmam Zaman (əc) tərəfindən Şeyx Müfidə 30 məktubda “Faydalı və əziz qardaşım Şeyx Müfidə” cümləsindən istifadə olunub.


Nur-az.com
Dilimizə çevirdi: R. Hüseynov


7632 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP