Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2014

“Təkfirçi və Ekstremist Cərəyanları İslam Alimlərinin Baxımında”

İran İslam Respublikası tərəfindən təşkil olunan “Təkfirçi və Ekstremist Cərəyanları İslam Alimlərinin Baxımında” adlı Ümumdünya Konqresi Qum şəhərində yüksək səviyyədə öz işinə başlayıb.

Qeyd olunan konqresin əsas hədəfi “təkfirçilik və ekstremistlik” sektasının mahiyyətini, məqsədlərini, törətdiyi xətərləri bəyan etmək və eyni zamanda bu problemin həlli yollarını açıqlamaqdır.

Konqresin baş təşkilatçılarından olan Ayətullah Məkarim Şirazi bildirib: “İslam Dini hətta qeyrimüsəlmana qarşı belə məhəbbət və mehribançılıq sərgiləyən dindir. Biz mütləq dünyaya isbat etməliyik ki, onların (təkfirçilərin) tutduqları və getdikləri yol İslam Dini ilə heç bir ılaqəsi yoxdur. Təkfirçilərə aldanmış cavanlara gəldikdə isə, onların hesabları təkfirçilərdən tam fərqlidir. Azğın qruplaşmaya qarşı silahlı mübarizə aparmaq vacibdir amma bu kifayət etmir. Onların kökü mütləq İslam Alimlərinin əli ilə qurudulmalıdır”.

Yerli vaxtla 09:15 –də öz işinə başlayan konqresin açılış mərasimində ilk öncə konqresin katibi məruzə etdikdən sonra konqresin hədəf və ilkin işləri barədə məlumat verib.

“Təkfirçi və Ekstremist Cərəyanları İslam Alimlərinin Baxımında” adlı Ümumdünya Konqresində Daha sonra çıxış üçün söz Ayətullah Məkarim Şirazi cənablarına verilib.

Ali Təqlid Mərcəsi konqres qonaqlarını salamlayaq onlara uzaq yaxın və ölkələrdən gələrək konqresdə iştirak etdikləri üçün dərin təşəkkürünü bildirib.

O təkfirçilik ideologiyası haqda belə deyib: “Hazırkı şəraitdə azğın cərəyan barədə mütləq tədqiqat aparılmalı, onların düşüncə və məktəblərini tanımalı və köklərini qurutmalıyıq”.

Ayətullah Məkarim Şirazi vəhhabilərin demək olar ki, dünyanın bütün bölgələrində törətdikləri cinayətlərə işarə edərək bildirib: “Haçana kimi əyləşib onların törətdikləri cinayətlərə tamaşa etməliyik?”

Konqresin baş təşkilatçılarından olan Ayətullah Məkarim Şirazi bildirib: “İslam Dini hətta qeyriMüsəlmana qarşı belə məhəbbət və mehribançılıq sərgiləyən dindir. Biz mütləq dünyaya isbat etməliyik ki, onların (təkfirçilərin) tutduqları və getdikləri yol İslam Dini ilə heç bir ılaqəsi yoxdur. Təkfirçilərə aldanmış cavanlara gəldikdə isə, onların hesabları təkfirçilərdən tam fərqlidir. Azğın qruplaşmaya qarşı silahlı mübarizə aparmaq vacibdir amma bu kifayət etmir. Onların kökü mütləq İslam Alimlərinin əli ilə qurudulmalıdır”.


ABAN





11671 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP