20 Noyabr 2014
İnsan özünün təbibidir

İslam nəzərincə islahat işlərini insan vücudunun daxilindən başlamaq, nəfslərin özlərini aludəliklərdən təmizlənməyə, səhiyyə və psixoloji işlərə riayət etməyə hazırlamaq və onlara özlərini nəzarət altında saxlamaqlarına əmr etmək lazımdır. Bu da islamda ən mühüm tərbiyə metodlarından biri hesab olunur. Allah-təala Quranda buyurur: “Xeyr, insanın özü bəhanə gətirməsinə baxmayaraq öz yaxşılıq və pisliklərinə daha agahdır.” (“Qiyamət” surəsi, 15-ci ayə )
İmam Cəfər Sadiq (ə) bir kişiyə buyurdu: “Sən öz nəfsinin təbibi qərar verilmisən. Xəstəliklər də, sağlamlıq əlamətləri da sənin üçün bəyan olunubdur. Onun dava-dərmanı da sənə deyilibdir. Belə isə bax gör nəfsini müalicə etmək üçün necə tədbir görürsən.” (“Kafi”, 2-ci cild, səh.454)
İmam Cəfər Sadiq (ə) yenə buyurur: “Hər kəs öz nəfsinə öyüd-nəsihət etməsə başqalarının öyüd-nəsihətinin onun üçün heç bir faydası olmayacaqdır.” (“Biharul-ənvar”, 70-ci cild, səh.70)
İmam Səccad (ə) buyurur: “Ey Adəm övladı! Sən öz nəfsinin öyüd-nəsihət verəni olduğun müddətdə doğru yoldasan.” (“Biharul-ənvar”, 70-ci cild, səh.64)
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “İnsanların ən acizi o kəsdir ki, öz nəfsini islah etməkdən aciz olsun.” (“Ğurərul-hikəm”, 1-ci cild, səh.196)
O Həzrət (ə) yenə buyurur: “Yaxşı olar ki, insan nəfsinin hakimiyyətini öz öhdəsinə alsın, həmişə qəlbinin nəzarətçisi və dilinin mühafizəçisi olsun.” (“Ğurərul-hikəm”, 2-ci cild, səh.862)