13 Noyabr 2014
Hizbullah Suriyada beş illik döyüşə hazırlaşır
Hizbullah artıq Suriya müharibəsinin uzun sürəcək bir müharibə olacağı qənaətindədir. Buna görə öz strategiyasını uzun müddət üçün hazırlayıb.
Nur-az.com-un Fars News-a istinadlı məlumatına əsasən, hazırda Suriya dörd hissəyə bölünmüşdür və hər bir hissə bir-birilə döyüşür. Bu ölkə həm də parçalanma təhlükəsilə qarşı-qarşıyadır. Xüsusilə ölkədə olan xarici qüvvələrin varlığı gələcək 5 ilə qədər sürəcək.
Bu dörd hissə bunlardır:
1. Suriya və müttəfiqləri;
2. İŞİD və ona bağlı qruplar;
3. Ən-Nüsrə;
4. Azad Suriya Ordusu və ona bağlı qruplar.
Hizbullahın fikrincə Suriyadakı zəruri və strateji planlar beş il üçün hazırlanıb. Buna görə də bu hərəkat özünün Suriyadakı varlığı, hərbi proqramları və müdafiə qrupları üçün 5 illik plan hazırlayıb. Bu plan təşkilatın Livandakı özəyinə hər hansı bir zərbənin gəlməməsinə hesablanıb. Suriyanın ordusu ölkənin böyük bir ərazisinə nəzarət edir. Bu da Hizbullah üçün böyük bir cəbhədə döyüş təlimi keçmək deməkdir.
Hizbullah Suriyadakı müharibənin uzun müddət üçün hesablandığını bildiyi üçün şəxsi heyət baxımından çətinlik çəkmir. Hizbullah bilir ki, sonda Suriya ilə Livanın yolları ayrılacaq. Buna görə də şura məclisi və Seyid Həsən Nəsrullaha tabe olacaq bir təşkilatın Suriyada da qrulmasını yolunda da səy göstərir. Hazırda Hizbullahın yüksək rütbəli kadrları Suriya, İraq və Yəməndə fəaliyyət göstərirlər. Müxtəlif əməliyyatları ayrıca və ya Livanla əlaqə yaradaraq həyata keçirirlər. Belə ki, İraq, Suriya, Livan və Yəməndəki bu fəal varlıq Seyid Həsən Nəsrullahın bu sözlərinə tam aydınlıq gətirir: “ Sizinlə mübahisə etməyə vaxtımız qalmayıb. Çünki Hizbullah Livan sərhədlərindən kənara çıxıb ki, özünün strateji varlığını Suriya, Yəmən və başqa yerlərdə sübuta yetirsin.”
Bu arada Hizbullahın yüksək təcrübəli hərbi kadrlarının dünyanın ən güclü ordularından biri sayılan İsrail ordusu ilə müharibədən qazandığı təcrübəsi Qüseyr, Qələmun, Ğutə, Hələb və sair Suriya şəhərlərində özünü göstərdi. Beləcə Hizbullah Suriya dövlətinin sərhədsiz dəstəyini qazandı. Bununla da əksəriyyəti Suriyanın öz xalqı olan 50 min nəfərlik ordu hazırladı. Bunların bəzisi xristian, dəruzi və əhli-sünnə olsalar da, Hizbullahın hərbi əqidəsinə malik olan silahdaşlardırlar.
Suriya rejiminin öz istəyilə yaranmış bu hərbi qüvvələr elə Suriya rejimi tərəfindən təchiz olunurlar. Suriya Hizbullahı Suriya ordusu ilə tam əməkdaşlıq edir, ölkənin siyasət və strateji hərbi hədəflərini dəstəkləyir. Bu qüvvələr Suriyada işğaldan azad edilmiş ərazilərin qorunmasında və bəzi sərhəd məntəqələrə nəzarət etməkdə vəzifəlidirlər.
Hizullah Suriya və İraqdakı addımlarını Livandakı addımlarının ayrılmaz hissəsi sayır. Təşkilat bu fikirdədir ki, İŞİD və ən-Nüsrənin bu ölkələrdə olduğu müddətdə, Hizbullah da bu ölkələrdə olmalıdır. Hizbullahın İraq və Suriyadakı bütün qüvvələri Livandakı baş komandanlığa tabedirlər. Belə ki, baş komandanlıq nəyisə zəruri saysa, onlar vəziyyəti dəyişə bilərlər. Hizbullahın fikrincə İsraillə müharibə ehtimalı həmişə var. Buna əsasən, bu ehtimal reala çevrilsə öz qüvvələrini səfərbər etməkdə problemlə qarşılaşmayacaq. Çünki özünü bu ehtimal üçün tam hazırlayıb. Buna görə də Hizbullahın geniş yayılmasına görə öz qüvvələrini toparlamaqda çətinliklə üzləşəcəyi barədə iddialar həqiqəti əks etdirmir.
Bu məsələ İran haqqında da tam anlamı ilə realdır. İranın SEPAH qüvvələrinin hərbi komandirləri və peşəkar qüvvələrinin Livan və Suriyada Hizbullahla birgə olması Qərb və bütün təkfirçi terrorçulara bir mesajdır; Livan, Suriya və İraq İranın strateji əhəmiyyət verdiyi ərazidir. İŞİD əleyhinə koalisiya qüvvələrinin havadan hücumu heç vaxt quru əməliyyatlarının yerini verə bilməz. İran Livandan başqa özünə müttəfiq ölkələrin istəyi olduqda heç bir köməyi əsirgəməyəcək. Livanda isə Hizbullah özü regionun strateji mənafeyini təhdid edən strateji təhlükələri dəf etməyə qadirdir. İstər bu təhlükə daxildən olsun, istərsə də xaricdən.