Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Noyabr 2014

Hər gün Aşura, hər yer Kərbəla

Keçən gün BMM də AİP Qadınlar Şurasının təşəbbüsü ilə “İmam Hüseyn (ə) məktəbinin dini-fəlsəfi dəyəri” mövzusunda elmi-praktik konfrans keçirilib.

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova toplantını Bəqərə surəsinin 177-ci ayəsinin tilavəti ilə açaraq Məhərrəm günləri ilə əlaqədar konfrans iştirakçılarına başsağlığı verdi. Natiq şəhidlər ağası İmam Hüseyndən (ə) misal gətirərək zəmanənin Hüseynləri olan İslam məhbuslarını dəstəkləməyi, onların azadlığı uğrunda yorulmadan mübarizə aparmağı bütün dindarlara tövsiyə etdi.

AİP lideri Mövsüm Səmədovun xanımı Mehparə Səmədova konfransnümayəndələrini salamlayaraq " Hicaba qarşı təzyiqlər "mövzusunda hazırlanmış klipi iştirakçılara təqdim etdi.

Mehparə xanım ölkəmizin 20 faiz ərazisinin işğal altında olmasını, Qarabağın erməni tapdağı altında əzilməsini xatırladaraq, bunun səbəbini xalqın bir yumruq kimi, eyni əqidə ilə İslamın bayrağı altında birləşə bilməməsi ilə əlaqələndirdi.

O, dindarların öz yaşam və davranışları ilə dünya həyatını əsas tutan insanlardan fərqlənməsinin vacibliyini vurguladı, özünü Əhli-Beyt məktəbinin davamçıları hesab edənlərin təzyiqlər qarşısında susmasının yolverilməz olduğunu diqqətə çatdırdı:

“Biz vicdanımızın səsinə qulaq asaraq cəmiyyətin mənəvi sağlamlığını, insanların rifahını düşündükləri üçün azadlıqlarını itirmiş vicdan məhbuslarına dəstək olmalıyıq.”

Leyla Bağırova İmam Hüseyn(ə)qiyamında xanim Zeynəbin(s) misilsiz rolunu xatırladaraq, absurd ittihamlarla həbs olunan günahsız məhbuslara qarşı təzyiqlərin səngimədiyini dilə gətirdi, onların ailələrinin bu Xanımdan örnək götürdüklərini, haqq yolunda sınaqlara məruz qalan həyat yoldaşlarına dəstək olduqlarını və onlarla birgə mübarizə apardıqlarını qeyd etdi. Leyla Bağırova hacı Abgül Süleymanovun xanımının konfras iştirakçılarına salamlarını çatdıraraq çıxışını onun sözləri ilə yekunlaşdırdı:

” Zalımlar bizim göz yaşlarımıza şahid olmayacaqlar. Onlar bizim susmağımızı görməyəcəklər.”

Tamara Axundzadə gunahsız həbs olunan dindarların cəmiyyətə nümunə olan mübarizliyindən danışdı. Hazırda həbsdə olan həyat yoldaşı Ruhullanın cəmiyyətdəki haqsızlıqları dilə gətirdiyinə görə, silah saxlamaq kimi saxta ittihamlarla həbs olunduğunu, məhkəmə zallarında hakimlərin sifarişli hökmlər çıxararaq zalımların xidmətində dayandığını qeyd etdi.

Gəncə ziyalı qadınlar təşkilatının sədri Ayna xanım müstəqilliyin 22-ci ilində, tolerantlıq mühitindən ağızdolusu danışıldığı indiki vaxtda İmam Hüseyn (ə) əzadarlarına qarşı təzyiqlərin hələ də davam etməsini qanunsuzluğun zirvə nöqtəsi kimi dəyərləndirdi:

” Dindarlara hər cür təzyiqlər, basqılar var. Məscidin qarşısında mərsiyə oxumağa belə icazə verilmir. Dindarlar polis dəyənəklərinin altına salınır. Qadın və uşaqlara belə fərq qoyulmadan şiddət tətbiq edilir. Lakin bütün bunlar bizim dindarları, gənclərimizi mübarizədən çəkindirmir.”

Nərgiz Qadınlar cəmiyyətinin sədri Səidə Səmədova İmam Hüseyn məktəbinin elmi -fəlsəfi əhəmiyyətini açıqlayaraq Məhərrəmlik həqiqətlərinin əzadarlıq məclislərindən kənara çıxmasını, bu barədə maarifçilik işlərinin gücləndirilməsinin vacibliyini qeyd etdi.

Konfransın sonunda bəyanat qəbul edildi.

Bəyanatda son zamanlar hicab məhbuslarına qarşı təzyiqlərə son qoyulmayacağı, azadlıqları təmin olunmayacağı təqdirdə, onların müdafiəsi üçün müxtəlit hüquqi təbbirlərə əl atılacağı, dindar xanımların bu istiqamətdə fəallıq nümayiş etdirəcəkləri bildirildi./İslaminsesi/
Кликните, чтобы увеличить изображение 0.1.jpgКликните, чтобы увеличить изображение 0.1.jpg


5718 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP