31 Oktyabr 2014
Azərbaycanda Hüseyn (ə) təfəkküründən başqa digər təfəkkürlərə yer yoxdur
Ayətullah Amili : Azərbaycanda Hüseyn(ə) təfəkküründən başqa digər təfəkkürlərə yer yoxdur və Azərbaycanın həqiqi sahibi elə İmam Hüseyndir(ə)
Həzrət Ayətullah Amili bu gün cümə namazı xütbələrində Azərbaycanın böyük şəhərlərində Hüseyn (ə) əzadarlarının əzəmətli toplantısına hazırlıq işləri görməklə məşğul olan Azərbaycan dindarlarına təşəkkür edərək, deyib: Sizin bu əzəmətli toplantınız vəhhabilər və ermənilər qarşısında iqtidar nişanəsi olacaq və bir daha sübut edəcək ki, Azərbaycanda Hüseyn (ə) təfəkküründən başqa digər təfəkkürlərə yer yoxdur və Azərbaycanın həqiqi sahibi elə İmam Hüseyndir (ə).
Xatırladaq ki, Ərdəbilin imam cüməsi və Vəli Fəqihin Ərdəbil üzrə nümayəndəsi Ayətullah Amili Məhərrəm ayı öncəsi Azərbaycan Respublikası xalqı, xüsusilə də dindar kəsimlərə müraciət edərək, Məhərrəm ayı mərasimlərinin əzəmətli formada keçirilməsini və Aşura günü hər bir şəhərdə bir məkanda böyük toplantının təşkil edilməsini tövsiyə etmişdi. Ayətullah Amilinin bu tövsiyəsi Azərbaycan xalqı tərəfindən müsbət qarşılanmış və Hüseyn (ə) əzadarları bu tövsiyənin icrası istiqamətində lazımi işlərin görülməsinə başlamışdılar./SəhərTV/