25 Oktyabr 2014
Məhərrəm - fədakarlıq və şəhadət ayı
Məhərrəm - Allah yolunda mücahidliyin öyrədildiyi ay
Allah yolunda mücahidliyin ən üstün məxluqlardan olan həzrət İmam Hüseyn (ə) tərəfindən öyrədildiyi ay olan məhərrəm ayı ərəfəsindəyik. Ümidvarıq ki, biz onun yaxşı ardıcıllarından və şagirdlərindən olaq, bu zamanda boynumuza düşən vəzifələrə uyğun olaraq o həzrətə ardıcıllıq və davamçılıq borcumuzu yerinə yetirək, onun Allah dinini, İslamı və müsəlman ümmətini müdafiə etmək yolunda böyük mücahidlik və fədakarlıq göstərdiyi, Allahın razılığını qazanmaqdan başqa bir şeyə göz dikmədiyi kimi, biz də bu yola qədəm qoyaq, bizim də niyyətimiz və məqsədimiz meyarlardan anladığımıza və təyin etdiyimizə uyğun şəkildə Allahın razılığını qazanmaq olsun.
Məhərrəm - fədakarlıq və şəhadət ayı
İmam Hüseyn (ə) ayı, fədakarlıq və şəhadət ayı, ən üstün əxlaqi keyfiyyətlərin aşkara çıxması ayı olan bu ayın sayəsində möhkəm, əsaslı və xalqın müxtəlif təbəqələrinin ehtiyac duyduğu mətləblərlə cəmiyyətimizi və xalqımızı yüksəliş və təkamülə bir addım da yaxınlaşdırıb Allahın razılığını qazana biləsiniz.
“Biz məhərrəmin nəticələrini öz həyatımızda görürük!”
Biz inqilab məhərrəmi və İmam Hüseyn (ə) məhərrəmi ərəfəsindəyik. Bu hərəkatın məhsullarından biri İslam Respublikası quruluşudur. İnqilab dövrünün məhərrəmi inqilabdan öncə bizim dövrümüzdəki və bizdən qabaqkı məhərrəmlərlə fərqlənir. Bu məhərrəmlər mənəviyyatın, ruhun və düzgün məqsədlərin aydın hiss olunduğu məhərrəmlərdir. Biz öz həyatımızda məhərrəmin nəticələrini görürük. İslam hakimiyyəti, İslam sözünün ucalığı, İslamın sayəsində dünya məzlumlarının qəlbində ümid yaranması məhərrəmin təsirlərindəndir.
Biz öz dövrümüzdə məhərrəmə onun məhsulu ilə birgə sahib olmuşuq. Bu məhərrəmlə necə rəftar etməliyik? Cavab budur ki, biz ruhanilər, bütün din alimləri, bütün təbliğatçı və məddahlar Aşura məsələsinə və Hüseyn ibn Əlinin (ə) müsibətlərinə ciddi, əsaslı və şüardan uzaq bir məsələ kimi diqqət yetirməlidirlər.

Ayətullah Seyid Əli Xamenei