22 Oktyabr 2014
Məhərrəm ayına diqqət

Hətta Abdullah ibn Zübeyr kimi çox cəsarətli şəxslər də xilafət aparatı ilə baş-başa gəlməməyə çalışırdılar. Yəni şərait və vəziyyət bu qədər ağır idi. Əmirəlmömininin (ə) qardaşı oğlu, kürəkəni və cənab Zeynəbin həyat yoldaşı olan Abdullah ibn Cəfər kimi bir şəxs də xilafətə yaxınlaşmağa çalışırdı. Çünki ümumiyyətlə bundan başqa bir şey təsəvvür olunmurdu.
Həmçinin Abdullah ibn Abbas kimi bir şəxs təcrid halında yaşayırdı, cəmiyyətdən kənarlaşıb təkliyə qapılmışdı. Nəinki adi camaat, heç natiq və danışan dillər, dəyərli şəxsiyyətlər, Bəni-Haşimin və Qüreyşin böyüklərinin övladları, erkən İslam çağının məşhur gəncləri və hər birinin fəxrli keçmişi olan şəxslər də meydana girməyə cürət etmirdilər. Təkcə Şamda yox, hətta Mədinədə də vəziyyət belə idi. İndi siz Mədinənin vəziyyətini mərkəz olmayan digər yerlərlə müqayisə edin. Bu şərait qəribə şəkildə qorxunc və qaranlıqdır. O zaman İmam Hüseynin (ə) qiyamı bu hökmranlığı sındırmaqdan ötrü baş verdi, hakimiyyətə yiyələnmək məqsədi ilə yox. Bəzi şəxslər qiyam edirlər, vururlar, öldürürlər ki, hakimiyyəti ələ keçirsinlər. Amma İmam Hüseynin (ə) qiyamı bundan ötrü yox, yaxşı işlərə dəvət etməkdən və pis işlərdən çəkindirməkdən ötrü baş verdi.
Bu iş üçün iki nəticəni öngörənlik etmək olar: biri budur ki, qələbə çalsın, digəri budur ki, o həzrətin imam elmi olmadan da ehtimal etdiyi faciəli şəkildə öldürülsün. Bəli, aydındır ki, onlar heç nəyi nəzərə almırdılar. İmam Hüseyn (ə) belə bir şəraitdə əziz Peyğəmbərin (s) Mübahilə günü məsihilərlə gördüyü işi görür. Qurana əsasən, o, "övladlarını", "qadınlarını" və "özlərini" meydana gətirmişdi. İmam Hüseyn (ə) də həqiqəti müdafiə və Allah üçün qiyam etmək məqsədi ilə özünün ən əzizlərini və bütün varlığını meydana gətirdi və buna dözdü. İmam Hüseynin (ə) bu dözümü çox əhəmiyyətlidir.
Ayətullah Seyid Əli Xamenei