Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2013

Zeynəb hərəminin ilk ələmdarı…

Tasua günü günorta təqribən saat 14-00-da Suriyada Xanım Zeynəbin (s) hərəmi ətrafında dəhşətli partlayış baş verib. Mina partlayışı nətisində Xanım Zeynəb (s) hərəminin ilk ələmdarı Əli Şəbib Mahmud şəhadətə çatıb.
Xanım Zeynəb (s) həm də “Əqileyi-bəni-haşim” adı ilə tanınır. Bu möhtərəm xanımın pak məzarını, zəvvarlar ağuşunda olan hərəmini ABŞ və müttəfiqləri tərəfindən Suriyaya göndərilən muzdur təkfirçilərin hücumudan qorumaq üçün dünyanın müxtəlif nöqtələrindən, o cümlədən Livandan mübariz Əhli-beyt aşiqləri bu ölkəyə gəlir.
“Əbu-Turab” kimi məşhur olan Əli Şəbib Mahmud da bu sıradan idi.
Zeynəbiyyə məntəqəsini qoruyan Xuddamul-Əqilə dəstəsinin komandiri Əbu-Qədir yaxın dostu Əli Şəbib Mahmud barədə xatirələrini bölüşüb. Əbu-Qədir Əlquvvatul-xassə dəstəsinin komandiri Əli Şəbib Mahmudun şəhadətini təsdiqləyərək bildirib ki, Livan Hizbullahının komandirlərindən olan bu mübariz insan Zeynəbiyyədə göstərdiyi rəşadətə görə qısa müddətdə hərəmi müdafiə edən dəstənin komandiri olub.
Əbu-Qədir şəhid Əli Şəbib Mahmud barədə deyib: “Çərşənbə günü sübh Aşura-1 əməliyyatı keçirildi. Əməliyyatda Xuddamul-Əqilə dəstəsi ilə Quvvatul-xassə dəstələri Əlhücəyrə , Həyyul-qurbə və Yəlda məntəqələrini azad etməli idilər. Bu məntəqələr azğın təkfirçilərin əlində idi. Şam azanına qədər Əlhüceyrə , Həyyul-qurbə məntəqələri azad edildi. Bu əməliyyatda əfqanıstanlı Həsən Məhəmməd Abbas, livanlı Hacı Sadiq və Əli Şəbib Mahmud şəhadətə çatdılar. Həsən Məhəmməd Abbası snayper vurdu. Şəhid Əli Şəbib Mahmud küçəbəküçə təmizləmə əməliyyatı aparırdı. Birdən dəhşətli partlayış baş verdi. Mina partlamışdı. Hacı Sadiq şəhadətə çatdı, Əli Şəbib Mahmud və üç başqa döyüşçü yaralandılar. Beyryta aparılan Əli Şəbib Mahmud xəstəxanada şəhidlər karvanına qatıldı. ”
Şənbə günü Livanda əzəmətli dəfn mərasimi keçirilib. Şəhid üçün cənazə namazını Şeyx Əli Əlxətib yerinə yetirib. Əli Şəbib Mahmud Əlğubeyri məntəqəsində torpağa tapşırılıb.
Xuddamul-Əqilə dəstəsinin komandiri Əbu-Qədir deyib: “Xanım Zeynəbin (s) hərəminin günbəzinə ilk bayraq sancan Əli Şəbib Mahmud oldu. O bu işi təkfirçilərin fasiləsiz atəşləri altında həyata keçirdi. Əməliyyatlardan birində Quvvatul-xassə mühasirəyə düşmüşdü. Əli Şəbib Mahmud bütün dəstəni mühasirədən çıxarıb özü bir səngərdə mövqe tutmuşdu. Vəsiyyətini telefona yazıb dostlarına çatdırmışdı. Sonda böyük qəhrəmanlıq göstərib açıq döyüşlə mühasirədən çıxa bilmişdi. O 7 gün mühasirədə qalmışdı.”
Allah-Taala bütün şəhidlərə rəhmət etsin!

Nur-az.com


7651 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP