28 Sentyabr 2014
Mömin israfdan uzaqdır
Seyid Hüseyn İshaqi
İsraf nədir, onun müəyyənləşdirilməsi meyarları varmı? İsraf dedikdə adi halda əksəriyyət ehtiyacı aşan istifadəni nəzərdə tutur. İnsan müxtəlif sahələrdə israfa yol verə bilər. Fərd və cəmiyyətə hətta iqtisadiyyat və mənəviyyatda özünü göstərən zərbələrdən biri israf, həddi aşmaqdır. İsraf həddi aşmaqdır. Qurani-Kərimdə israf deyərkən bu sözün lüğət mənası başa düşülür. Rağib İsfəhani deyir ki, israf istənilən bir işdə həddi aşmaqdır. Dini leksikonda “təbzir” sözü oxşar mənanı bildirir. Təbzir dedikdə boş yerə işlətmək, boş yerə xərcləmək mənaları başa düşülür. Bəli, israf sözü ilə təbzir sözlərinin mənaları yaxındır. Sadəcə, israf dedikdə məsrəfdə həddi aşmaq, təbzir dedikdə tələf etmək nəzərdə tutulur. İsrafın çevrəsi insanın bütün əməllərini əhatə edir. Amma təbzir yalnız maddi işlərə aiddir. Bəzən isə rəvayətlərdə bu iki sözün eyni mənada işlənməsinə şahid oluruq.
Qeyd etdik ki, əgər söhbət malı puça çıxarmaqdan, tələf etməkdən gedirsə bu təbzirdir. İsraf isə orta həddi aşmaq, ifrata varmaqdır. İsraf üçün meyarlarla ölçü təyin olunmalıdır.
Ayə və rəvayətlərə əsasən bütün vacib və haram işlər Allahın təyin etdiyi hədlərdir. İlahi hökmləri dəyişmək və ya onlara əməl etməmək qadağandır. Quranda bu söz müxtəlif mənalarda işlədilir. Məsələn, qətldə israfdan söz açılır. Qatildən başqasından qisas almaq ilahi həddi pozmaq beləcə, israfdır. Haram olunmuş istənilən bir maldan istifadə israfdır. İsraf o qədər geniş mövzudur ki, gündəlik həyatda onun bir çox nümunələrinin təyin olunması müsəlmanların öz ixtiyarına verilir. Eyni zamanda fərdi səliqələrin qarşısını almaq üçün meyarlar göstərilir. İmam Sadiq (ə) buyurur: “Mötədillik orta həddin gözlənməsi Allahın sevdiyi bir xüsusiyyətdir. Allah israfı sevmir, hətta meyvə toxumunun atılmasını.”
Meyarlardan biri budur ki, istifadə olunan qida kəmiyyət və keyfiyyət baxımından sağlamlığa zərərli olmamalıdır. Zərərli şeydən istifadə israfdır. İmam Sadiq (ə) buyurur: “Bədəni sağlam saxlayan şeylərdən istifadə israf deyil. İsraf odur ki, malı xarab edir, cana zərər vurur.”
İsraf meyarlarından biri maddi imkanlardan istifadədə həddi aşmaqdır. Ehtiyacdan artıq yemək, ehtiyacdan böyük ev tikmək israf sayılır. Həzrət Əli (ə) buyurur: “Kifayət edəcək həddi aşmaq israfdır.”
Sudan istifadə ilə bağlı rəvayətlər çoxdur. İmam Sadiq (ə) buyurur: “İsrafın ən aşağı həddi qabın dibində qalan suyu atmaqdır.” Dəstəmaz və qüsl kimi ibadətlərdə belə artıq su işlətmək israf sayılır. İslam kifayət həddən artıq su istifadəsinə icazə vermir. Hətta insanın istifadə etdiyi su çaydan axıb gedən sudursa. Həzrət Peyğəmbər (s) dəstəmaz alan şəxsin yanından keçərkən ayaq saxlayır və buyurur: “Nə üçün israf edirsən?” Həmin şəxs deyir: “Ey Allahın Rəsulu, dəstəmazda israf olarmı?” Həzrət buyurur: “Bəli, hətta axar çayın suyu olsa belə!” Quranda da yemək içməkdə israfdan çəkinmək tapşırılır. Rəvayətlərdə Quranın israfı qadağan edən ayələrinə istinad olunur. Yemək və içməkdə həddi aşmaq məzəmmət olunur, insanı ilahi rəhmətdən uzaqlaşdıran səbəb kimi göstərilir. Mühüm israf sahələrindən biri geyim və nəqliyyat vasitələridir. Libas ilahi nemətdir, insanın örtünməsi və bəzənməsi vasitəsidir. İslam təlimlərində geyimdə həddi aşmaq israf sayılır. Bir şəxs İmam Sadiqdən (ə)m soruşdu ki, möminin on göynəyi ola bilərmi? Həzrət Sadiq (ə) buyurdu: “Bəli, ola bilər.” Sonra həmin şəxs iyirmi köynək barədə soruşdu. Həzrət buyurdu: “Bu da mümkündür.” Sual verən şəxs otuz köynək barədə soruşanda həzrət buyurdu: “Bunlar israf deyil. İsraf odur ki, çöl libasını evdə geyəsən.” Bir şeydən təyinatı üzrə istifadə etməmək israf sayılır. Yuxarıdakı hədisdə də bunun nümunəsini gördük. Ev libasının öz, çöl libasının öz təyinatı var. Çöl libasını evdə geymək təyinatı pozmaqdır. Bu israf sayılır. Köynəyin çox olması təbii ki, onun istifadə müddətini artırır. Amma yersiz istifadə israf kimi dəyərləndirilir. Nəqliyyat vasitəsində də israfa yol verilməsi mümkündür. İmam Sadiq (ə) buyurur: “Allah insanlardan minikdən istifadə də orta həddin gözlənilməsini istəyib. İyirmi dirhəmlik at ehtiyacı ödədiyi zaman 10 min dirhəm verib at almaq israfdır. Bəli, Allah israfçıları sevməz.”
Ayə və rəvayətlərə əsasən ehtiyacdan artıq xərc qoyub ev tikmək israfdır. Bir gün peyğəmbər yoldan ötərkən ənsarın tikdiyi evi gördü. Ev sahibi peyğəmbərə yaxınlaşıb salam verdi. Həzrət bu şəxslə soyuq rəftar etdi. Bunu hiss edən Ənsar səbəbini soruşanda həzrət buyurdu: “Şübhəsiz, tikilən hər bina qiyamət günü sahibinin çiynində yük olacaq. Yalnız ehtiyac həddində tikilənlər istisnadır.” İmam Sadiq (ə) buyurur: “İnsanın ehtiyacından artıq tikili qiyamət günü sahibi üçün bəla olar.” Bəli, tikintidə kəmiyyət və keyfiyyət nəzərindən etidal həddinin gözlənilməməsi israfdır. Bu o demək deyil ki, kimsə qonaq qəbulu üçün nəzərdə tutulmuş böyük ev tikə bilməz. Bu böyük ev boş qalsa israf sayılar. Digər məişət avadanlıqlarının alınmasında da orta hədd gözlənilməlidir. Istifadə olunmayan və ya az istifadə olunan qiymətli şeylər almaq israfdır. Rəvayətlərdə demək olar ki, yaşayış üçün lazım olan bütün imkan və avadanlıqlar haqqında danışılmışdır. İmam Sadiq (ə) buyurur: “Evdə kişi, ailə-övlad və qonaqlar üçün yataq olmalıdır. Artıq yataq şeytana məxsusdur.”
Sərmayə toplamaq insanı tədricən dəbdəbəçiliyə, varlı həyat yaşamağa maraqlandırır. Belə adamların həyatına diqqətlə baxdıqda hər sahədə israf görürsən. Onlar otaqlarını bir elektrik lampası əvəzinə yüz lampa ilə işıqlandırır, evi lüstürlərlə bəzəyirlər. İmam Kazim (ə) Həzrət Əlidən (ə) belə bir rəvayət nəql edir: “ Beş şey puç olur. Onlardan biri gündüz vaxtı istifadə olunan çıraqdır.” Evdə bir artıq lampa yandırmaq dəbdəbəçilik, israfçılıq sayılır. İsrafda istisna yoxdur. Hətta xeyir işlərdə hədd gözlənilməlidir. Var-dövlət insanın xəbəri olmadan onda dəbdəbəçiliyə meyl yaradır.
İsraf və təbzirin ən xoşagəlməz və aşkar təsiri imkanların, sərmayələrin məhv olmasıdır. Fərdi baxımdan bir miqdar qidanın çölə atılması, bir lampanın artıq yanması kiçik görünə bilər. Amma cəmiyyət nəzərə alındıqda böyük itkilər ortaya çıxır. Az qazanclı cəmiyyətlərdə yoxsulluğun əsas səbəblərindən biri israfdır. Həzrət peyğəmbər buyurur: “Kim israf və təbzir etsə Allah onu yoxsulluğa düçar edər.” Həzrət Əli (ə) buyurur: “Mötədillik sərvət gətirir, israf sərvəti puça çıxarır.” Dini təlimlərdə israf və təbzir neməti bəlaya çevirən günahlardandır. İmam Sadiq (ə) bir zaman nemət içində yaşayan, israf səbəbindən yoxsulluğa düşən insanları yada salır: “Bu insanlar haqqında Allahın danışdığı bir zamankı abadlıq əhlidirlər. Allah-taala əmin-aman və varlı bir şəhəri yada salır. Bu insanlar nankorluq səbəbindən aclıq və təhlükəyə düçar oldular.” (bax: “Nəhl” 112)
Həzrət Əli (ə) xidmətçiləri keyfiyyətsiz çörək pişirdiklərinə görə məzəmmət edirdi. Bəzən israfın səbəbi məsulun keyfiyyətsiz istehsalı olur. Bugün əksər ölkələrdə ilkin qida məhsulu olan çörəyin çölə atılmasının əsas səbəbi onun keyfiyyətsiz bişirilməsidir. Həzrət peyğəmbər buyurur ki, imkan həddində çörəyi kiçik bişirin, bu halda az çölə atılar. İsrafçılar öz dəbdəbəli həyatlarının təmini üçün hər yola əl atır, sələm, rüşvət, saxtakarlıqdan çəkinmirlər. Adətən israf eyş-işrətlə yanaşı olur. əxlaqsızlığın geniş yayıldığı cəmiyyətlərdə israf da çoxdur. Belə cəmiyyətlərdə əqidə azğınlıqları da geniş olur. Qurani-Kərim israfçıları yaxşı iş gözlənilməyən fəsad əhli adlandırır. Belə insanların həyat tərzinə təqlid etmək olmaz. Quran tapşırır ki, israfçıların ardınca getməyin, onlar yer üzündə fəsad törədirlər. Israf və təbzir insanı mənəvi süquta aparır, onu Allaha yaxınlıq məqamından uzaqlaşdırır. Israfçılığın nəticələrindən biri də Allahın hidayətindən məhrumluqdur. Allah israfçıdan üz çevirər. Quran təbirincə təbzir əhli Allahın nemətlərinə nankordur, bu nemətlərdən düzgün istifadə etmir. Bu səbəbdən onlar şeytanın qardaşları adlandırılır. Onların əməlləri şeytan əməllərinə bənzəyir. Bundan əlavə cəhənnəmdə şeytanla bir yerdə olarlar.
İnsanın fiziki ləzzətlərə adət etməsi mənəvi kamillik barədə düşünməyə yer saxlamır. Dünya dəbdəbələri, ləzzətləri marağında olan insanın fikirləri həmin istiqamətə yönəldiyindən əxlaq tərbiyəsində müvəffəq ola bilmir. Bu səbəbdən Qurani-kərim eyş-işrət əhlini fəsad əhli kimi tanıtdırır. Yuxarıdakı ayədə xatırlandı ki, bir zaman abad olmuş şəhərlər israf səbəbindən viran qalar. Başqa bir ayədə maraqlı nöqtə var: “Bir şəhəri məhv etmək istəsək eyş-işrət əhlinə göstəriş verərik ki, azğınlığa başlasınlar. Nəticədə həmin şəhərə əzab nazil olar.”
İsraf və təbzir kimi təhlükəli sifətdən necə xilas olmaq mümkündür? Dini təlimlərdə göstərilən ilk yol axirət inancını gücləndirməkdir. Axirət inancı sözdə təsdiqlə başa çatmır. Bu inanc insanın qəlbində və əməllərində özünü göstərməlidir. Ayələrdə israfçılar axirət əzabı ilə qorxudulur. Məsumlar da öz buyuruqlarında israfın axirət zərərlərindən danışır. Həzrət Əli (ə) buyurur: “Yersiz bağışlamaq təbzir və israfdır. Nəticədə bağışlayanın dünya gücü artar, axirət gücü azalar. Bu insan xalqın gözündə əziz, Allahın gözündə zəlil olar.”
Zöhd, qənaət, mötədillik kimi mənəvi sifətlərin gücləndirilməsi insandakı nəfs azğnlığının qarşısını alır. Israf və təbzirin səbəblərindən biri də cəhalət və nadanlıqdır. Əgər israf və təbzir mövzusunda xalqa zəruri məlumat verildə, bu işin dünya və axirət təsirləri aydınlaşdırılsa, çoxları israfdan çəkinər. İctimai nəzarət özü də israfa qarşı təsirli tədbirdir.
Məsum İmamlar bəzən açıq şəkildə israfa etiraz ediblər. İnsan şəxsiyyətində bu nöqsanın zəifləyib güclənməsi ailədən də asılıdır. Ata-ana israfçısa bu ruhiyyə uşağa da sirayət edir. Məsum İmamlar cəmiyyətdə israfla rastlaşanda etirazlarını bildiriblər. İmam Sadiq (ə) bir evin qapısı ağzında dişlənmiş meyvə görüb ev sahibinə etiraz etsi: “Əgər siz toxsunuzsa, çoxları acdır. Onu ehtiyacı olana verin.”
Cmiyyətdə iqtisadiyyata nəzarət edənlər ədalətsiz insanlar olduqda israfa yol açılır. Ədalətin bərpası, sərvətlərin ədalətlə bölünməsi hər bir insanın öz haqqına çatması israfın qarşısını alır. Həzrət Əli (ə) buyurur: “Xalqı ədalətdən başqa bir şey islah etməz.”
İsrafdan qurtulmağın başqa bir yolu cəmiyyətdə dəbdəbəçiliyin təbliğinə mane olmaqdır. Bir ovuc sərvət sahibinin həyat tərzi bütün xalq üçün arzuya çevirilir. Yoxsul insanlar da həmin varlı insanlar kimi yaşamaq üçün hər yola əl atır. Həzrət peyğəmbərə çox dadlı bir şərbət vrdilər. Həzrət onun dadını bilib içməkdən imtina etdi. Həzrət buyurdu: “Bu rifah əhlinin içkisidir, məndən uzaq edin.”
Müasir dünyamızda ticarət reklamlarına nəzarət israfçılığın qarşısını ala bilər. Əgər reklam çarxlarına diqqətlə baxsaq israfçılığın təbliğ olunduğunu görərik. Arxayın olmayaq ki, bugün israfçı deyiliksə həmişə belə qalaçağıq. Əgər cəmiyyət israfa doğru gedirsə fərdlər özü də hiss etmədən tədricən dəyişilir. Qurani-Kərim dəbdəbəli yaşayanları israfçı, sonra da cəhənnəm əhli adlandırıb. Quranda buyururlar ki, israfçılar od əhlidirlər.
İlahi kitabda sol əhli deyə bir qrup yada salınır. Onların bir zaman naz-nemət içində yaşadığı bildirilir. Həzrət peyğəmbər buyurur: “Bir şəxs geyindiyi libasla öyünsə Allah onu cəhənnəmin ətəyindən onun kamına çəkər.” Həzrət başqa məqamda buyurur: Bir insan özünü göstərmək, tərif eşitmək üçün bina tiksə boynuna od dolanmış vəziyyətdə Qiyamət günü həmin evi çiyninə alar. Bu insan oda atılar.” Özünü göstərmək üçün tikilən evin necəliyi haqqında soruşdular. Həzrət buyurdu: “Elə bir ev ki, ehtiyacdan artıqdır, qonşular və qardaşlar qarşısında fəxr etmək üçün tikilib.”
Şüəra surəsinin 151-ci ayəsində buyurulur: “(Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)!” Rəvayətlərdə naz-nemət içində yaşayanların həyat tərzinə baxmamaq tövsiyə olunur. İmam Baqir (ə) buyurur: “Özünüzdən yuxarı səviyyədə yaşayanlara baxmaqdan çəkinin.”
Nur-az.com