20 Yanvar 2024

Şahinin oğlu olmaq kifayət eləmir, Elxan bəy

Məlum olduğu kimi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gecə ona qonşu olan ölkədə yəni İraqda İran əleyhinə casusluq qərargahlarını və terrorçu qrupların toplaşdığı yerləri ballistik raketlərlə məhv edib.

İslam İnqilabı Keşikçiləri Korpusunun 1 nömrəli bəyanatının mətni:

Bismillahir-Rəhmanir-Rəhim

İslami İranın şərəfli və qəhrəman xalqına bildirilir ki, İslami İran düşmənlərinin son terror cinayətlərinə cavab olaraq Uca Allaha təvəkkül etməklə və həzrət Vəliyi-Əsrin (ə) inayəti ilə bölgənin bəzi ərazilərində anti-İran casusluq qərargahlar və terror qruplarının toplandığı yerlər, gecə yarısı SEPAH-ın ballistik raketləri ilə hədəfə alınaraq məhv edildi.

Deməli sosial şəbəkələrdə yayılan məlumatlara əsasən demək olar ki, SEPAH İraqın Ərbil şəhərindəki İsrail bazasına raket zərbələri endirib.

Hücumu isə Fateh110 raketləri ilə həyata keçirib.
SEPAH bəyənatında bildirib ki, İraq Kürdüstanında yerləşən sionist kəşfiyyat bazalarına zərbələr endirib. Bundan başqa Kirmanda törədilən terror hadisəsinə cavab olaraq Suriyadakı terror mövqelərinə də zərbələr endirdikləri bildirilir.

Allaha şükürlər olsun ki, müsəlmanın qüdrətini bütün dünya görür. İndi bəzi axmaqlar çıxıb başlayacaqlar ki, bu necə müsəlman ölkəsidir ki, dağıdır, partladır. Qoy bu axmaqlar boş boş danışmaqlarında olsunlar, biz Şahin oğlu Elxan bəydən danışaq. Bax Elxan bəy, Şahin oğlu olmaqla deyil gərək özün şahin olasan. Şahinoğlu deyirdi ki, İran ABŞ-ın İraqdakı boş hərbi bazasına raket zərbələri endirdilər. Biz də ona bildirdik ki, qeyrətsizlər qeyrətliyə hər zaman həsrət qalır. Bu sionistpərəst politoloq kimi axmaqların sayəsində ABŞ və sionist rejimdən bir xoxan düzəltmişdilər. Allaha şükür olsun ki, İranın qeyrətli və inqilabçı oğulları göstərdi ki, ABŞ da qələt edir sionist rejim də. İndilərdə nəyinki İran kimi qüdrətini bütün dünyanın etiraf etdiyi bir dövlət hətta İranın himayə etdiyi Yəmən müqavimətçiləri belə asanlıqla ABŞ gəmisini ələ keçirib ona meydan oxuya bilirlər. Görəsən Şahinin oğlu Elxan nəyə qadirdir? Nə bacarır?


2173 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP