06 Yanvar 2024
İranın "casuslarından" nə ziyan görmüsüz?
İranın Kirman vilayətində şəhid Qasim Süleymaninin şəhadətinin ildönümündə (3 yanvar) terror hadisəsi törədilib. Məlum terror hadisəsi yüzdən çox iranlının ölümünə və yaralanmasına səbəb olub. Əvvəlcə terrorçuların tezliklə tapılmasını və cəzalanmasını arzu edirik. İkinci növbədə Allahdan onlara lənət və qəzəb etməsini arzulayırıq. Şəhid olanların ailələrinə səbr, özlərinə Allahdan rəhmət diləyirik. Yaralılara da Allah acil şəfa versin.
Qeyd etmək lazımdır ki, şəhid cəmiyyətin oksigenidir. Sən kimisə şəhid etmək istəyirsən onun şəhadət ilə digər şəhid namizədi olan insanlar yetişir. Bir Qasim Süleymani şəhid edilirsə onun qanı ilə şəhadət ağacı suvarılır. Onun ardınca yüzlərlə insan - cavan, yeniyetmə, uşaq Qasim Süleymani olmaq istəyir.
Qasim Süleymani şəhid olmazdan qabaq da tanınırdı. Amma şəhid olanda daha çox tanındı. Təşyi cənazəsində (dəfnində) milyonların izdihamını hamı gördü. Amerika prezidenti məlun Tramp Qasim Süleymanini şəhid etməklə şəhadət və İmam Hüseyn (əleyhis-salam) məktəbinə zərbə vuracağını düşündü, amma İran xalqı başda olmaqla digər ölkələrdə də necə şəhid Süleymaninin sevildiyini gördü. Təqvimə bir gün də əlavə edildi. İnsanlar şəhid Qasim Süleymaninin şəhid olduğu günün ildönümündə şəhidi anma mərasimi kimi tarixdə bir gün təyin etdilər. Düşmən bunun müqabilində istədi ki, Məhsa Əmininin ölümünün ildönümündə İranı yenidən qarışdırsın. Məhsa Əmininin ildönümündə İranın xaricində - müxtəlif Avropa ölkələrində, Amerikada yaşayan sionist nökəri olan iranlılar bəyanatlar verdilər. Amerikadan yemlənən bu təşkilatlar bütün İran xalqını etiraz etməyə çağırdılar. Küçələri, xiyabanları doldurmaq, dağıtmaq, yandırmaq, öldürmək, partlatmaq üçün insanları təşviq etdilər. Amma bir nəfər belə meydanda görünmədi. Di gəlki şəhid Qasim Süleymaninin şəhadətinin ildönümündə minlərlə insan könüllü olaraq bu günü qeyd edir. Hətta şəhidin şərif məzarı olan Kirmanda piyada qəbrə qədər gedib ziyarət edirlər.
Şəhidin gücünə baxın ki, özündən qorxduqları bir yana onu sevənlərdən də qorxurlar. Çünki dediyimiz kimi şəhid cismən ölsə də özündən sonra nə qədər Qasim Süleymani yetişdirir. Düşmən gözəl bilir ki, Kirmanda şərif qəbrin ziyarətinə gedən azyaşlılar böyüyüb Allahın izni ilə Qasim Süleymani olacaqlar. Orda olan böyüklərin də övladları gələcəyin Qasim Süleymanisinə çevriləcək. Ona görə də şəhid etdikləri Qasim Süleymani kimi gələcəyin qasimlərindən də qorxurlar.
Bir az da öz ölkəmiz ilə bağlı və hamımızın əslində ortaq dərdi olan məsələdən yazaq. Bilirik ki, Kirmanda baş verən terror hadisəsi düşmənin muzdur köpəkləri tərəfindən icra edildi. Onların mütləq şəkildə ABŞ və sionist rejimin maraqlarına xidmət etmələri hamıya gün kimi aydındır. Düşmən istəyir ki, min cür hədə qorxu ilə Allahın hövl və qüvvəsi ilə dizə gətirə bilmədiyi İslam Respublikasını içərindən də qarışdıra bilmədiyi üçün bu cür hadisələr törətsin və ölkədə əmniyyətin olmadığını xalqa təlqin etsin. Beləliklə də düşünür ki, xalq ruhdan düşəcək və İslam İnqilabına olan rəğbətləri aradan gedəcək. Casus da belə olur. Bir ABŞ və sionist rejimin casuslarına baxın bir də İranın Azərbaycandakı "casuslarına." İranda təhsil alan, İrana meyilli olan bütün dindarlara, ruhanilərə Azərbaycanda casus kimi baxır, həbs edib adını narkoman qoyurlar. Halbuki bu casuslar bir dəfə də olsun hansısa məscidə bomba qoymayıblar. Məgər bu "casuslar" nə vaxtsa şəhidlər xiyabanını ziyarət edən xalq kütlələri arasına bomba qoyub insanların ölümünə səbəb olublar? Əgər İranın Azərbaycan ilə düşmənçiliyi varsa niyə bir dəfə hansısa Qum tələbəsi izdihamın içində bomba qoyub terror etmir. Gördüyünüz kimi əksinə İranın "casusları" ölkədə xalqa mənəviyyat, elm, din öyrənməklə, Quran tədris etməklə məşğul olurlar.
Allahdan nahaq yerə həbs edilən bütün dindarların, ruhanilərin cismani azadlığa çıxmalarını təmənni edirik.