Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2023

Şərəfiniz varsa çıxın qışqırın

Tramp haqqında bir xəbər oxudum yadıma İranın keçmiş prezidenti Mahmud Əhmədinejad düşdü. Bu haqda bir qədər sonra.

ABŞ-ın keçmiş prezidenti Trump (Tramp) haqqında deyilir ki, Kolorado Məhkəməsi onun 2024-cü il prezidentliyə namizədliyini qadağan edib. Bu barədə sənəd orqanın elektron məlumat bazasında yerləşdirilib. Bildrilib ki, Tramp Birləşmiş Ştatlara qarşı üsyanda və ya düşmənlərinə dəstəkdə ittiham olunur.

Bu məqamda İran İslam Respublikasının generalı mərhum şəhid Qasim Süleymanini xatırlamamaq olmur. Çünki Qasim Süleymani ABŞ tərəfindən müsəlman dünyasında parçalanma yaratmaq, İslamı vəhşi din kimi göstərmək istəyi ilə yaradılan İŞİD terror təşkilatını məhv edən Allah ordusunun komandirlərindən idi. Bu da İŞİD -təsisçisi olan ABŞ-a sərf etmədiyi üçün əziz generalı şəhid etdilər. Terror əmrini də birbaşa Tramp vermişdi. Əlbəttə İran ondan sonra İraqda yerləşən iki ABŞ bazasını məhv elədi.

Təsəvvür edin ki, dörd illik prezident olasan onda da düşmən və ABŞ üçün təhlükə hesab etdiyin bir şəxsi şəhid edəsən amma xalq səni sevməsin və növbəti dəfə prezident kimi sənə səs verməsin. Halbuki o şəhid generalın terror hadisəsini elə qələmə vermişdi ki, sanki ABŞ xalqının bir təhlükəsi var və o da xalqı üçün bu işi edir. Halbuki bütün dünya görürdü ki, əziz Qasim Süleymani terrorçularla müharibə edirdi. İndi isə Trampı hətta bir vaxtlar prezidenti olduğu ölkənin, dövlətin məhkəməsi onu demək olar ki, vətən xaini hesab edib Birləşmiş Ştatlara qarşı üsyan və düşmənlərlə işbirliyi edən şəxs kimi qələmə verib.

Allahdan arzu edirik ki, dünyada bu cür xarlığa düçar olan bu axmaq qoca bundan betər xarlığa məhkum olacaq. Axirət xarlığı da öz yerində.

Bir qədər amerikapərəst, avropapərəst bəzi dırnaqarası müsəlmanlar haqqında danışaq. Ona görə dırnaqarası ki, dildə özlərini müsəlman saysalar da İslama rişxənd edirlər və ümumiyyətlə İslamı geridəqalmış bir din, mədəniyyət hesab edirlər. Bu yazıq zümrənin sayəsində əslində qərb, Amerika bu qədər şöhrət tapıb. Düzdür onların texnikada irəli getməsini, qüdrətə çevrilmələrini kimsə inkar etmir. Bir vaxtlar İngiltərə qüdrət sahibi, müstəmləkəçilik ilə qabağa gedirdisə, indi Amerika İngiltərəni də vurub keçib.
Amma bizim bəzi avamlar texnika, qüdrət kimi məsələlərdən əlavə hər nədə gəldi Amerika və Qərbə meyillənirlər. Məsələn ABŞ-da tualetdən ən tez kim çıxacaq yarışması keçirilsə bizdə telekanalizasiyalar da həmin verilişləri götürüb öz ölkələrində düzəldəcəklər.

Deməli İranda son prezident seçkilərində prezidentliyə namizədliyini verən keçmiş prezident Mahmud Əhmədinejadın namizədliyi qeydə alınmamışdı. Bu zamanlarda bir dəstə anti İran fəaliyyətləri ilə məşğul olan sionist israil türkləri, uluyanlar başlamışdılar ki, İranda ədalət yoxdur. Niyə ay qardaş? Çünki Mahmud Əhmədinejada prezident olmaq üçün imkan vermirlər. İran da bir İslam ölkəsi olduğu, İslamın bir parçası olduğu üçün çalışdılar ki, bunu İslamın bir qadağası kimi göstərsinlər. Dedilər ki, baxın İranda insan haqları ayaqlar altına atılır, Demokratiya yoxdur. İranda türklərin əzildiyini, türklərin haqlarının tapdalandığını iddia edən düşüncəsiz zümrə başladı Mahmud Əhmədinejadı müdafiə etməyə. Halbuki Mahmud Əhmədinejad ikinci dəfə prezident seçiləndə müxalifət namizədi Mirhüseyn Musəvi ilə rəqabət apararkən bu insanlar onu müdafiə etmirdilər. Əksinə onda da deyirdilər ki, budur bax İslamda demokratiya pozulur.
İndi tarixin ironiyasına baxın. Özünü demokratiya beşiyi adlandıran ABŞ-ın məhkəməsi sabiq prezident Trampın namizəd olmasına qadağa qoyub. Özlərində zərrə qədər şərəf olduğunu etiqad edən həmin düşüncəsiz zümrə buyursun ABŞ-a etiraz etsin. Buyurun deyin ki, ABŞ-da demokratiya, insan haqları ayaqlar altına atılır. Gözləyirik.


1875 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP