18 Dekabr 2023

Ölkədə müxalifət var ki...?

İqtidar trolu Rauf (İlhamoğlu) Arifoğlunun tualet kağızını xatırladan qəzetinin internet saytında bir video qoyulub. Başlıq olaraq da qeyd edilib ki, ölkədə müxalifət var ki, prezidentliyə də namizəd olsun? Videoda güya küçələrə çıxıb camaatdan sorğu alıblar. Güya camaat da deyib ki, məgər Azərbaycanda müxalifət var ki, prezidentliyə də namizəd olsun? Əlbəttə Rauf Arifoğlu Azərbaycan hakimiyyətinin bir nömrəli troludur. Misal üçün Azərbaycan Xalq Cəbhəsi Partiyasının ofisi yoxdur. Partiya sədrinin ən yaxın qohumları və müavinləri həbs edilib. Adicə internetə çıxışına da məhdudiyyət qoyulub. Ölkədən çıxmaq üçün pasportu yoxdur. Partiyasının bir neçə üzvü pul, vəzifə, deputat mandatı ilə ələ alınıb. Amma bunların müqabilində trol Arifoğlunun dəbdəbəli ofisi var. Tualet kağızında cızma qara edənlər hakimiyyətdən ev alırlar. Özünə də dəyib dolaşan yoxdur. Sonra danışanda deyir ki, biz troluq? Yox trol deyilsən, müxalifətsən. Günün güzəranın da dəbdəbəli ofisdə yox həbsxanada keçir. Bu rəzil məxluqlar elə bilirlər ki, trol olmaq üçün insanın iki buynuzu, dörd gözü, beş dənə burnu olmalıdır ki, onlara trol deyilsin. Ya da gərək adam öz alnına böyük hərflərlə "mən trolam" yazmalıdır ki, hamı ona inansın.

Bəs yaxşı videoda nə ediblər? Nə edəcəklər? Hakimiyyəti tənqid edənlərə mikrofon uzadan deyillər ki. Özlərini yandıran qazilərdən danışanları efirə verən deyillər. Şərlənib həbs etdirilən ruhanilərdən danışanları efirə verən deyillər. Rüşvətdən, korrupsiyadan danışanları danışdıran deyillər. Hakim ailənin xalqı necə talan etməsindən, uzun illər hakimiyyətdə qalmalarından danışan deyillər. Ola bilsin gözdən pərdə asmaq üçün bir iki nəfərin ümumi tənqidlərini efirə versinlər. Bu isə gözdən pərdə asmaqdır.

Ölkədə müxalifət yoxdur cümləsini deyənlər əslində elə trol Rauf Arifoğlu kimi insanları nəzərdə tuturlar. Çünki bir vaxtlar özünü müxalifət hesab edən bu məxluq sonradan satıldı. Bu cür məxluqların sayəsində müxalifət parçalanıb. Həqiqi müxalifəti Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev kimi cib müxalifəti olan məxluqlar gözdən salıb. Onların ucbatından heç kimə etimad qalmayıb.

Ölkədə müxalifətin olmadığını deyən insanlar haqqında da bir neçə kəlmə demək yerinə düşər. Adama deyərlər ki, ölkədə müxalifət yoxdursa buyur özün müxalifət ol. Niyə görə oturub ancaq Tofiq Yaqublunun döyülməsinə, etiraz edənlərin həbs edilməsinə tamaşa edəcəksən. Ondan sonra da həyasızcasına çıxıb deyəcəksən ki, ölkədə müxalifət yoxdur. Buyur bir dəfə də sən müxalifət ol. Hər gün lağ etdiyiniz Paşinyan başındakı papaqla, qısaqol mayka ilə Ermənistan prezidentinin qabağına çıxdı, müxalifətə liderliyi üzərinə götürüb nəhayət baş nazir oldu. Siz niyə özünüzü kənara çəkmisiz? Erməni paşik qədər deyilsiz? Əgər liderlik, təşkilatçılıq potensialınız, bacarığınız yoxdursa bütün dayaqları məhv edilən, cib müxalifəti olmayan müxalifətçiləri dəstəkləyin. Yox sən otur evində bir iş görmə, mitinqə gəlmə, aksiyada iştirak etmə sonra da utanmaz utanmaz de ki, ölkədə müxalifət yoxdur. Adam belə nadan kütləni görəndə düşünür ki, sizin kimi insanlara elə Azərbaycan hakimiyyəti kimi zalım bir hakimiyyət lazımdır ki, başınızda turp əksin.


1056 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP