05 Dekabr 2023
Polis necə cəzalandırılır? Belə polis kimə lazımdır?
Məlum olduğu kimi Qəbələ rayonunun Vəndam qəsəbəsində polis 12 yaşlı uşağı, yəni Dəniz Ağayevi yerə yıxıb təpikləmişdi. Sosial şəbəkələrdə bu video geniş yayılmışdır. İndi hamı gözləyir ki, "geniş yayılmışdır" sözündən sonra "insanların hiddətinə səbəb olmuşdur" cümləsini yazacağıq. Amma belə olmayacaq. Oxucuları xəyal qırıqlığına uğratdığımız üçün də üzür istəmirik. Çünki əslində xəyal qırıqlığına uğrayan bizik. Əslində xalq bizdən üzür istəməlidir. Bizləri xəyal qırıqlığına uğradan da xalqın özüdür. Niyə? Çünki bu vəhşilik qarşısında xalq ayağa qalxmalı idi.
Meydantv-nin yazdığına əsasən Nazirliyin mətbuat xidmətindən verilən məlumatdan aydın olur ki, Sərxan Ağayev sərxoş vəziyyətdə avtomobili idarə edib və ictimai yerdə təhlükəli vəziyyyət yaradıb. Təbii ki, Polis nazirliyinə heç cür inanmaq da olmur. Çünki min cür özlərinə sərf edən kimi düzüb qoşmamaları da məlum deyil. Biz polisin ümumiyyətlə xalqla heyvan kimi rəftar etməsini dəfələrlə görmüşük. Yaxşılarından iraq, amma heyvan belə bizim bir çox polis məmurlarından daha humanistdir. Amma doğrudan da 12 yaşlı bir uşaq sərxoş olur və sükan arxasına keçirsə burda da dövlət günahkardır. Çünki spirtli içkilərin istehsalı və satışına qadağa qoyulmalıdır. Sən qadağa qoyma, sonra polisi sal qaragün 12 yaşlı uşağın canına ki iş bilmişəm.
Biz təbii ki, Allah yanında qiyamətin günündə üzümüz qara, dilimiz qısa olmasın deyə indidən deyirik ki, 12 yaşlı bir uşaq içirsə, o da, onu içirdən də göz yuman da elə tərbiyə verən də düz iş görmür. Bu günahdır . Bu öz yerində. Amma 12 yaşlı uşaqla bu cür davranmaq da olmaz. Ən azından bu şəraitdə.
Amma xalqın niyə tükü tərpənmir? Ərəb baharı bilirsiz də necə oldu? Bizdə də insanlıq ölməsəydi xalq durub bundan ötrü polis şiddətinə öz şüarları ilə etiraz edərdilər. Çünki insanlığa hörmət qoyulan normal ölkələrdə bir polis gəlib küçədə qabağına meyvə tərəvəz qoyub satan kasıb vətəndaşın meyvələrini təpikləyirsə o polisin bu hərəkətinə görə polisin yox prezidentin qulağından tutub bayıra atmaq lazım gəlir.
Sayt həmçinin yazır: "Yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib”, – DİN-in mətbuat xidmətinin yaydığı məlumat belədir.
Əlbəttə bu xəbərə də inanmaq olmur. Əgər doğru da olsa sual yaranır? Məgər bu cəza ilə polis canını qurtara bilər? Yəni 12 yaşlı uşağı tut küçədə təpiyinin altına sal, sonra nazirlik güya səni işdən çıxartsın vəssalam?
Əslində o polisə də elə tərbiyə verilib. Hakimiyyət o polisi o cür yetişdirib. Xalqa nifrət və kin dolu qəlb daşımaq polis işçiləri arasında yazılmamış qanundur. Belə polis kimə lazımdır? Dövlətə? Yox, hakimiyyətin özünə. 2003-cü ildən bu yana bu xalq daha şiddətli bir formada başında dubinka görüb. Təsəvvür edin ki, müxalifət mitinqlərində xalqa zülm edən polisləri artıq millət qəbullanıb. Çünki başqa çarə yoxdur. Amma polis o qədər azğınlaşıb ki, mitinqdə yox, adi sadə vətəndaşı da küçədə dövlətdən qorxmadan çırpa bilir. Çünki belə yetişib. 20 il bundan qabaq Azadlıq meydanında xalqın saxta seçkiyə etiraz etməsindən dolayı necə çırpılmasını o polis görüb. 20 il ərzində də müxtəlif zamanlarda mitinqlərdə polis heyvanlığını görüb. O da bu cür tərbiyələnib. Onalara deyiblər ki, bu xalq ermənidir, hakimiyyət əleyhinə danışan da Zori Balayandır. Harda görsəz dərisini soyun. Heç onlara Zori Balayanın dərisini soymaq tapşırılmayıb. Belə tərbiyə alan polisi hakimiyyət əlbəttə cəzalandırmaz. Çünki bu hakimiyyət elə polis dubinkası sayəsində ayaqda qalıb. Aşıq gördüyünü çalar deyiblər.
Yüz faiz nazirlikdə həmin polisi əgər işdən çıxarıblarsa o polis məmuru bu qərara təəccüblənib. Rəisə də deyib ki, axı bizə belə tərbiyə verilib. Məgər mən təəccüblü iş görmüşəm. Məgər birinci dəfədir? Məgər bu bizdə adi şey deyil! Rəis də yüz faiz qayıdıb Allah bilir deyib ki, düz deyrisən amma bəxtin gətirməyib ki, kameralara düşmüsən.
Vəssalam, hadisə hələlik bu qədər. Bundan sonra görək nə olur? Hamı gözləyir, biz də gözləyək.