27 Noyabr 2023
İran niyə müharibəyə girişmir?
Böyüklər nəsihət edərkən buyurublar ki, gərək cahil adamla danışmayasan. Cahil adama nəyisə sübut etmək həm çətindir həm də mənasız. Cahildən betər insan inadkar insandır. Cahili yenə də düzəltmək mümkündür. Çünki o bilmir deyirsən başa düşür və bilir. Amma inadkar adamın işi çətindir.
Məsələn, sən ona deyrisən ki, su paklayıcıdır. Su ilə nəcis olmuş paltarı yuyub paklamaq olar. Əlbəttə şəriətdə deyilən qaydalara uyğun olaraq. Sonra inadkar adama deyrisən ki, mən paltarı pakladım. O isə inanmır. Onu inandırmaq üçün gedib su gətirirsən və onun gözünün qabağında nəcis paltarı paklayırsan. O isə deyir ki, bu, su deyil. Sonra boynundan tutub başını bir vedrə suyun içinə salırsan. Yenə deyir ki, bu hər nədirsə su deyil. Bundan sonra bu axmağı boşlayırsan gedir.
Bəzi insanlarımız bu cürdür. Görür ki, hamı sionist rejimi qınayır. Sosial şəbəkələrdə pantürklərə deyirlər ki, niyə Ərdoğan Həması vətəni müdafiə edən təşkilat kimi tanıdığı halda, sionist rejimi uşaq qatili kimi qələmə verməsinə baxmayaraq yenə də onlarla əlaqələri kəsmir? Nəyə görə Türkiyə, Azərbaycan kimi ölkələr sionistlərə neft yanacaq ötürür? Vəhhabilərə deyəndə ki nəyə görə sionist İsrail rejimi əleyhinə sizin başçılarınız danışmırlar? Nə Səudiyyədə nə Azərbaycanda nə Türkiyədə hansısa vəhhabi din rəhbərlərinin İsrail əleyhinə danışdıqlarını görmürük? Onlar da qalırlar nə cavab versinlər deyirlər ki, bəs niyə İran sionistlərlə vuruşmur. Bu adamlar özlərini axmaq yerinə qoyublar. Günəşli havada yerin günəş tərəfindən qızdırılması hadisəsi nə qədər açıq aydın aksiomadırsa İranın Həmasa, Hizbullaha dəstək verməsi ondan daha açıq aşkar bir şeydir. Yəni həqiqətən də axmaq olasan ki, Həmasın İran tərəfindən dəstəkləndiyini qəbul etməyəsən. Ya gərək axmaq olasan ya da inadkar. Üçüncü bir ad bu insanlara tapmaq olmur.
Bəli belələrinin məqsədi odur ki, İran girib birbaşa sionistlərlə müharibə etsin. Əlbəttə İranın böyüklərinin dediyi kimi bu cür bir şeyə zatən ehtiyac yoxdur. Çünki Həmas özü sionistlərlə bacarır, ikinci bir dövlətin birbaşa müdaxilə və müharibə etməsinə ehtiyac yoxdur.
Amma bu axmaq və inadkar tayfaya demək lazımdır ki, İran birbaşa hərbi müdaxilə etməsə də heç olmasa Həması hər cəhətdən dəstəkləyir. Fələstin xalqı, Həmas və digər müqavimət cəbhələri hər zaman İran İslam Respublikasına minnətdardır. Sizin ağalarınız olan Ərdoğanlar, Ali Səudlar indiyə qədər nə qələt ediblər axı. Sizin ümumiyyətlə İranı tənqid etməyə heç bir mənəvi haqqınız yoxdur. Siz əvvəlcə sizə ünvanlanan suala cavab verin. Nəyə görə sizin ağalarınız sionist rejimlə olan əlaqələrini kəsmirlər? Nəyə sizlər nə Türkiyədə, nə Azərbaycanda, nə Səudiyyə Ərəbistanında küçə yürüşləri keçirib öz dövlətlərinizdən sionistlərin əleyhinə bir iş görmələrini onlardan tələb etmirsiniz? Cavab isə hamıya aydındır. Çünki bunların özləri sionist rejimə xidmət edən nökərlərdi.