25 Noyabr 2023

Arifə nəinki bir işarə, cild-cild kitablar, 100 seriallı film də kifayət deyil

Yəqin ki, Müsavat başqanı Arif Hacılının Həmas əleyhinə çıxışını dinləmisiz. Adam deyir ki, Həmasın qələbəsi İranın qələbəsidir. Əvvəlcə bundan danışaq.

Bəli bütün dünya gözəl bilir ki, İran dünyada müqavimət hərəkatlarını dəstəkləyir. İstər Yəməndəki Ənsarullah (Husilər) olsun, istər Livanda Hizbullah olsun, istər Fələstində Həmas olsun istərsə də digər müqavimət hərəkatları. Lap belə əcəb də edir. Sionist rejimə, NATO-ya, Amerikaya qorxusundan heç nə deyə bilməyən alçaq və axmaq insanlar bundan ötrü narahat olurlar. Çünki onlar sionist İsrailin Azərbaycanda olan nökərləridir. İranın təhlükəli olduğunu deyirlər. Siz belə təhlükəsizlik dərdi çəkənsinizsə birinci təhlükə mənbəyi olan sionist rejimi məhkum edin. Siz təhlükəsizlik dərdi çəkənsizsə birinci Amerikaya imperializm qurduğuna görə etiraz edin. İki böyük şəhərə atom bombası atdığına görə onu qınayın. Neçə gündür ki, Fələstində körpələri qırdığı üçün sionist rejimi məhkum edin.

İrana gəldikdə isə bəli, İran əslində dünyada dolayısı ilə sevilən dövlətdir. Yəni kimlərsə tərəfindən sevilmirsə də əslində sevilməyi haqq edir. Belə ki, Azərbaycan da daxil olmaqla bütün dünyada demək olar ki, sionist mediası durmadan İranı dünyanın gözündən salmağa çalışır. Amma hazırda sionitlərə nifrət etdiyi qədər bütün dünya İranı gizlində, qəlbində sevir. Bəziləri qorxudan, bəziləri iranpərəst görsənməsin deyə bunu bəlkə də açıq aşkar biruzə verə bilmir. Amma bu həqiqətən də belədir. Ona görə ki, bütün dünyada uşaq qatili olduğu üçün israilə nifrət edən etirazçı xalqlar bilir ki, Fələstin xalqını Həmas müdafiə edir. Həması da İran açıq aşkar dəstəkləyir. Bunu sionist nökəri Arif Hacılı da açıq şəkildə deyir. Deməli məzlumun yanında olduğu üçün İran əslində sevilməlidir. Belə ki, müxtəlif ölkələrdə etiraz edən insanların əlindən gələn sivil etirazlar olduğu halda İran əməli şəkildə, cihad meydanında sionistlər ilə müharibə edir.

İkinci məsələ. Arif Hacılı deyir ki, Həmasın qələbəsi İranın qələbəsidir. İran güclənir, Azərbaycan üçün təhlükədir, Azərbaycanda gözü var, orda neçə milyon soydaşımız əsarətdədir. Bədbəxtdir bu adam vallah. İranda hansı türk görəsən əsarət altında yaşayır. Yazıq Hacılı yolunu bir dəfə İrandan salsın. Sionist rejimin, Amerikanın, avropanın yalanlarını tirajlamaq əvəzinə bir dəfə kişi ol, get İrana, ordan reportaj hazırla. Soruş türklərdən gör neçəsi orada əsarətdə yaşayır. Elçibəyin nadancasına işlətdiyi sərsəm fikirləri atın başınızdan.

Üçüncü məsələ. Arif Hacılı deyir ki, Həmasın gücü İranın gücüdür. İran Azərbaycanın güclənməsini istəmir, Azərbaycan torpaqlarında gözü var. Ay axmaq insan, əgər İran Azərbaycanı işğal etmək istəsə kimdən qorxur? İsraildən, Amerikadan? Türkiyədən? Özün deyirsən ki, Həmasın qüdrəti İranın qüdrətidir. Sionist rejim İranın dəstək verdiyi balaca bir təşkilat ilə - Həmasla bacarmır. Amerikanın iki bazasını Hacı Qasim Süleymanini terror etdikləri üçün İran məhv elədi. Bəs niyə İranın Azərbaycan torpaqlarında gözü olduğu halda Azərbaycana hücum etmir? Kimdən qorxur ay bədbəxt?

Azərbaycan Ermənistan müharibəsində də bu axmaqlar şayə yayırdılar ki, İran Ermənistanı dəstəkləyir. Əgər İran Ermənistanı dəstəkləsəydi Azərbaycan Ermənistana qalib gələ bilərdi? İran Suriyada Bəşər Əsədi dəstəkləyir ona Amerika başda olmaqla heç bir imperialist güc qalib gələ bilmir. Amerikanın proyekti olan İŞİD İranın əliylə məhv olub getdi. Hizbullahın Livanda qüdrət tapmasında İranın böyük rolu var. Yəmən Husiləri İranın dəstəyi sayəsində Allahın hövl və qüvvəsi ilə ayaqda qalıblar. İran Ermənistana yardım etsəydi Azərbaycan qalib ola bilərdimi?

Sonda onu da deyək ki, Arif hacılı kimi sərsəm insanlara nəinki bir işarə kifayət eləmir, cild-cild kitablar yazılsa da, sionist rejimin cinayətlərindən ibarət 100 seriallı teleserial çəkilsə də bu qoca hərifə heç bir təsiri olmayacaq. Durub yenə məzlumu qınayıb zalım sionistə dəstək olacaq. Çünki belə sərsəmlər sionist rejimin Azərbaycanda təsir agentləridir.


1846 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP