18 Sentyabr 2023

Sionistlər və nökərləri məyus oldular

Acığınızdan ölün

Bundan qabaqkı yazımızda sizə məlumat vermişdik ki, sionist İsrail rejiminin ölkəmizdə təsir agenti olan Axar saytı özünün fars dili bölməsində İranda özü kimi satqınların olduğunu düşünüb onların küçələrə tökülməsi üçün şüar yazıb sayta qoymuşdu. Ötən il olduğu kimi bu il də insanların İranda küçələrə çıxmasını arzu etdilər. Düzdür ötən il bəzi insanlar keçələrə çıxıb bir neçə ay iğtişaşlar törətdilər. Amma Allahın izni ilə bir-bir tutulub cəzalarını gördülər. Bəziləri qələt edib başlarını daşa döydüklərini etiraf edəndə sonra azad buraxıldılar. Bir sözlə sionistlər və onların köpəkləri məyus oldular, arzuları ürəklərində qaldı.

Bu il də bu cür oldu. Axar saytı və onun kimi sionist köpəklərinin xəyalları puç oldu.

Bu il Məhsa Əmininin ölümünün ildönümü günü həm də İmam Rza əleyhissalamın şəhadətinin ildönümünü idi. Sionist İsrail rejimi və köpəkləri küçələrə yüz nəfər çıxarda bilmədikləri halda həmd olsun ki, 5 milyondan çox zəvvar Məşhədə İmam Rza əleyhissalamın ziyarətinə getmişdi. Bu yerdə İslam İnqilabının əleyhdarlarından bəziləri xarici ölkələrin birində veriliş apararkən biri digərinə bir sual verir. Deyir ki, bəs niyə etirazçılar küçələrə tökülmədilər. Pis vəziyyətə düşən müsahib isə özünü bir az daha çox rüsvay edib deyir ki, onların başqa planları var, nə vaxt məsləhət bilsələr onda çıxacaqlar. Çünki bu cür rəzil insanlar məğlubiyyətləri ilə barışmaq istəmirlər. Amma reallıq budur.

Bundan başqa sosial şəbəkələrdə İran İslam Respublikasının prezidenti Ayətullah Cənab Rəisinin də bir sualı amerikalı jurnalistə sillə kimi dəydi. Jurnalist sual verdi ki, bu il insanlar meydanlara tökülsələr siniz ordu onların qabağını almağa hazırdırmı? Rəisi ağa da gözünə döndüyüm axmaq jurnalistə qəfildən sual verdi ki, məgər sizdə bu barədə məlumat var ki, etirazların olmasına qərar veriblər?

Xülasə budur ki, ötən il etiraz edənlərdən kimlərsə həbs edildi, kimlərsə küyə düşüb yanlış iş gördüklərini anlayıb peşman oldular və əfv edildilər. Kimlərsə də nökərçiliyin pis olduğunu anladılar. Hər halda Allaha şükür olsun ki, terror rejimi olan İsrail və tulaları məyus oldular.


1407 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP