Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Avqust 2023

Ərbəin ziyarətinin əzəməti

Ərbəin bildiyimiz kimi İmam Hüseynin (ə) mübarək şəhadətinin 40-cı günüdür. İlk dəfə Peyğəmbər (s) səhabəsi Cabir ibn Abdullah Ənsari (r.ə) İmam Hüseynin (ə) şərif qəbrini ərbəin günü ziyarət etmişdir.
Ərbəin günü İmam Hüseyni (ə) ziyarət etməyin savabı vardır. Bu öz yerində. Bu barədə hədislərə müraciət etmək yetərlidir. Amma ərbəinin bundan başqa bir sıra ictimai tərəfləri də mövcuddur.

Bildiyimiz kimi əsrlərdir İmam Hüseyn (ə) inqilabı unudulmur. Hər il qeyd edilir. Allaha həmd olsun ki, bütün dünyada şər qüvvələr bu qədər milyonlarla vəsait xərcləsələr də Aşura inqilabını unutdura bilmirlər. Hər il ötən ilə nisbətən daha çox bu inqilab yad edilir.

Çünki hamı bilir ki, Aşura İnqilabı aradan getməkdə olan İslama ruh verdi. İslamı diriltdi. Ümmət həqiqi İslam ilə tanış oldu.

Ərbəin ziyarəti də bu mənada Aşura gününü təravətli saxlayır. Aşura gününü hərə öz evində, vətənində qeyd etsələr də artıq ərbəinqabağı İmam Hüseyn (ə) aşiqləri tədarük görüb İraqın müqəddəs Kərbəla şəhərinə tərəf - Məşuqun görüşü üçün yola çıxırlar.

Bunu düşmən də çox gözəl anlayır və hər fürsətdə Ərbəin ziyarətinin qabağını almağa çalışır. Amma Allahın izni ilə bu mümkün olan iş deyil.

Ərbəinə gedən necə getməli?

Ərbəinə yola düşən insanlar doğrudan da sıradan bir insanın görüşünə getmirlər. Ərbəin üçün yola çıxanlar İslamı aradan aparmaq istəyən məlun və xəbis əməvilərin, bəni üməyyə nəslinin qarşısında rəşadətlə dayanan bir şəxsin görüşünə gedirlər. Elə bir şəxs ki, zülmün önündə dayandı, zillətə boyun əymədi.
Ərbəin zəvvarı da bütün yol boyu, hətta piyada gedərkən belə yollarda ehsanlardan yemək fikrində olmamalıdır. Deyib gülərək yox, ürəkdə Xanım Zeynəb (s.ə), Xanım Rüqəyya (s.ə) qəmini, dağını bəsləyərək getməlidir.

Ərbəin zəvvarı sanki İmam Zamanla (ə.f) görüşürmüş kimi getməlidir. Sanki İmam Zaman (ə.f) zühur edib, özünə Kərbəlada qərargah düzəldib. Möminlər Mövlanın görüşünə gedirlər.

Mövlanın görüşünə gedən necə getməli?

Tövbə, istiğfar etməlidir. Mümkün qədər boynunda haqqunnas varsa onu əda etməlidir. Allahın haqqı boynunda qalıbsa mümkün qədər əda etməlidir. Haramlardan çəkinməli, vacibləri yerinə yetirməli, hədislərdə buyurulduğu kimi "arifən bihəqqihi", yəni İmamın (ə) haqqını, məqamını tanıyaraq mərifətlə getməlidir. Elə olmasın ki, İmam Zaman (s.ə) sənə deyə ki, niyə zülm önündə boynunu büküb dayanırsan? Niyə zalıma təslim olursan? Niyə məzluma kömək etmirsən? Niyə Allahın halalını haram edənlərə qarşı danışmırsan? Niyə ərbəinə günah yükü ilə gəlmisən? Niyə ərbəinə tövbə qüslu almadan gəlmisən? Niyə insanların haqlarını özlərinə qaytarmırsan? Niyə Allahın dininə kömək etmirsən? Niyə Peyğəmbər (s) sünnəsi uğrunda özünü, ailəni fəda etmirsən.

Ərəbin zəvvarı bütün bunları düşünməlidir. Mütləq düşünməlidir.


3477 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP