17 Avqust 2023
Rasim Balayev və onu qınayanlar

Əslində qınayanların da səhvi var. Səhvləri də Rasim Balayevi Babək hesab etmələridir. Məgər Rasim Balayev həqiqi qəhrəman zaddı? Bəli ola bilərdi, amma olmaq istəmir.
Daha sonra Balayev müsahibə verib deyir ki, məni niyə qınayırsız, mən bu kütlədən olmaq istəmirəm. Onu qınayanlar əslində klaviatura qəhrəmanıdısa onda heç zad. Başqasından Babək olmağı gözləmək asandır. Qabağına bir stəkan çay, şirni mirni qoyub kompüter arxasında Rasim Balayevdən babəklik gözləməyə nə var axı? Onu Rasim Balayev də bacarar. Hünərin var çıx İlham Əliyevin qabağına. Ona görə də Rasim Balayev deyir ki, mən bu kütlədən olmaq istəmirəm.
Rasim Balayevin mövqeyi bir yana dursun, amma xalqın adından adam gərək danışmasın. Sən sevirsən, aşiqsən özün bilərsən. Xalqın adından danışmaq ixtiyarınız yoxdur axı.
BBC aparıcısı da onu deyib ki, gərək xalqın adından danışmayasız. Üstəlik orda tərif etməyə vaxt tapırsızsa gərək tənqid də edəsiz. Ziyalı gərək belə şeyləri bacarsın.