03 Avqust 2023

O vaxtkı İran indiki Azərbaycan

2000-ci ildə Məşhədə ziyarətə getmişdim. İran türklərindən olan bir kişi bizimlə özünə məxsus şirin türk ləhcəsində danışırdı. Özü də hotelin foyesində. Deyirdi ki, baba, məlun şahın zamanında biz ağam Hüseynə (ə) yas saxlaya bilməzdik. Hətta rozə oxuyanlar qorxudan kostyum geyinib əzadarlıq məclisləri olan evlərə gələrdilər. Evə girəndən sonra qara geyinib rövzə deyərdilər. İranın vəziyyəti xarab idi. Amma əlhəmdulillah İranda cumhuriye İslami qurulandan sonra dini cameənin vəziyyəti düzəldi.

Mən bunları eşidəndə deyridim ki, necə ola bilər ki, bir dövlət İmam Hüseyn (ə) ilə müharibə eləsin? Özü də bir vaxtlar eşidirdik ki, hansı qüdrətli Abbasi hökmdarları, Səddam Hüseyn kimi diktatorlar İmam Hüseyn əleyhissalam ilə müharibə etdilər, amma özləri məhv olub tarixin zibilliklərinə gömüldülər. Hətta İran şahı da cəhənnəm olub getdi. Amma İmam Hüseyn əleyhissalamın bayrağı həmişə ucaldı. O bir mərsiyədə deyildiyi kimi. Yel yatar, tufan yatar, yatmaz Hüseyninə pərçəmi.

O kişi həmin söhbətləri edəndə mən ona görə təəccüblənmişdim ki, bizim ölkədə Aşura ilə müharibə aparan yox idi. O vaxtlar nə dövlət səviyyəsində qadağalar yox idi, nə də şeytan ordusu olan ləin vəhhabi tayfası bu qədər çox deyildi. İndi hərə bir yandan əzadarlar ilə müharibə edir. Allah lənət eləsin. Amma onlar da məhv olub gedəcəklər.

O zamanlar dövlət indikindən daha ağıllı idi. Bilirdi ki, İmam Hüseyn əleyhissəlamın məclislərini qadağan etmək ona sərf etməyəcək. Əksinə hətta o zamanın Azərbaycan prezidenti Təzə Pir məscidində çıxıb İmam Hüseyn əleyhissəlamın şəhadətindən danışırdı. Hiyləgərlik də olsa, özləri İmam Hüseyn əleyhissəlamın yolunu getməsələr də zahirən, dildə də olsa İmam Hüseyn əleyhissəlamın adını çəkirdilər. Amma indiki Azərbaycan hakimiyyəti əməlli-başlı müharibə edir.

Yəni illər əvvəl iranlı kişinin danışdığı şah dövrü indi Azərbaycanda mövcud olub. Aşura günü 18 yaşınadək olan uşaqları məscidlərə buraxmayıblar. Gündə bir hoqqa çıxarırlar. Sionist israil rejimi İrana görə güya Azərbaycanda şiəliyin kökünü kəsməyə çalışır. Buna görə də güya hiylə edib şiəliyi İranın təhlükəli siyasi xətti hesab edirlər. Elə təbliğat aparırlar ki, sabah biri desə ki, uşağımı Aşuraya aparmaq istəyirəm, desinlər ki, bu da ha İran agenti.

Heç insanın ağlına da gəlməzdi ki, Azərbaycan o vaxtların İranın vəziyyətinə dönəcək. Amma xalq qorxduqca vəziyyət daha da pisləşəcək. Odur ki, millət oyanmalı və diri olduğunu göstərməlidir.


1352 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP