22 İyul 2023

İsveçdə Quran təhqirinə Azərbaycanda etiraz

Yəqin ki, İsveçdə Quranın iki şərəfsiz məxluq tərəfindən təhqir edilməsini bilirsiniz. Başqa vaxt insan haqlarından, tolerantlıqdan danışan bu cəmiyyətlər bu hörmətsizliyin qarşısında ciddi iş görmürlər. İsveç höküməti hələ ki, bu barədə ciddi addım atıb şərəfsiz məxluqları cəzalandırmayıb. Ola bilər sabah hansısa müsəlman çıxıb həmin şərəfsizləri vurub mundar eləsin, amma dövlət açıq aşkar bu cür halların qabağını almalıdır. Hansısa müsəlman ölkəsində digər dinlərin müqəddəsləri təhqir edilsəydi indi çoxdan səslərini başlarına atmışdılar.

Bundan qabaq bu kimi hallarda etiraz edən insanlar arasında bizim azərbaycanlılar da olardı. Necə ki, İranda, Türkiyədə və digər müsəlman ölkələrində etiraz aksiyaları təşkil edilirdi, Azərbaycan da bundan dala qalmırdı. İndilərdə isə ölkə inanclısının gözünün odunu almağa çalışırlar ki, din adına, daha dəqiq şiəlik adına ölkədə heç bir əsər əlamət qalmasın.

Dövlət səviyyəsində etiraz desən, İsveçdə deyəcəklər ki, Azərbaycanın özündə Quran əhli həbsxanalarda məhv edilir. Nə haqla, hansı üzlə Azərbaycan höküməti etiraz etsin?

İnsanlardan istəsəniz də vəziyyət qəribədir. Dindarlar etiraz edəndə İrana bağlayıb İran agenti adı qoyurlar. Adam dini şüarlar dilə gətirməyə çəkinir. Qeyri dindarların da başını Bayram nursuz, Zaur şüursuz kimi insanların gic gic proqramları ilə o qədər qatıblar ki, adamlar dinlə maraqlanmır.

İşin maraqlı tərəfi də budur ki, şiə dindarlarından əlavə ölkədə əhli sünnə müsəlmanları və sələfilər mövcuddur. Sələfi-vəhhabi terrorçu-təkfirçi qrupları başqa vaxt özlərinə müsəlman deyirlər, amma bu hadisələrdən ötrü dilləri qarınlarındadır. Səsləri nədənsə çıxmır. Şiələrin bir sıra haqsızlıqdan ötrü etiraz etmələri və həbs edilmələri vəhhabi təkfirçi qruplarına ləzzət edirdi. Nə qədər şiə ruhanisi tutulsa o qədər onlar üçün yaxşı idi ki, şiəlik az təbliğ olunacaq. Özləri də Yezid törəmələri olduqları üçün zalım hakimə qarşı xüruc edib etiraz etməyi günah hesab edirlər. Amma Allah başlarına elə qapaz çəkib ki, bədbəxtlər hətta bütün müsəlmanların ortaq dəyəri olan Quranın təhqir edilməsinə belə etiraz edə bilmirlər. Çünki bunların dədəsi Müaviyədir. Quranları nizələrə taxıb təhqir edən lənətlik Müaviyə. Amma mütləq şəkildə bu vəziyyətə etiraz edilməlidir. Bu haqsızlıq məhkum edilməlidir.


1833 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP