Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2023

Tehrandakı bayram namazına baxın, acığınızdan ölün - Fotolar

Bu il mübarək Ramazan ayının bayram namazı Azərbaycanda rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsi sədri Allahşükür Paşazadənin imamətliyi ilə aprelin 21-də qılındı.

Amma başqa bir dəstə inanclı isə nə ayı gözləri ilə görmədikləri üçün, nə həmin gün mübarək Ramazan ayının 30-cü günü olmadığı üçün, nə də iki adil ayı gördük demədiyi üçün üstə gəl Ayətullah Xamenei ağa və Ayətullah Sistani ağanın yanında da ayın görünməsi sabit olmadığı üçün fitr bayramı namazını aprel ayının 22-i qıldılar. Bu da Azərbaycanda sionist nökərləri olan bəzilərini bərk narahat etdi.

Məsələn, deputat Ceyhun Məmmədov adlı sionist nökəri deyir ki, namazını 22 apreldə qılanlar sərt cəzalandırılsın. Bu cür sionist kölələri anlamırlar ki, bir nəfərin bayram namazını nə vaxt qılmasını sizin ağanız Netanyahu, yaxud şeyxiniz Paşazadə bəlli etmir. Hələ bu axmaq güya ilahiyyatçıdır. Amma bu cür şəri məsələləri bilmir. Ya da bilib özünü axmaqlığa vurur.

Özündən razı Razi Nurullayev adlı başqa bir sionist nökəri deyib ki, 21 apreldə bayram qeyd etməyənlər İran casuslarıdır. Bu axmaq da elə bilir ki, hamı bunun kimi casusdur. Bu cür satqınlar bir mandata görə partiyasını, partiya liderini satıb gedib xaraba deputatxanada oturur, elə bilir ki, hamı bunun kimi dinini satacaq və gedib Allahşükür Paşazadənin arxasında namaz qılacaq.

Ədalət Verdiyev adlı başqa sionist nökəri deyir ki, dövlətin qərarını İranın fitvasına gedərək heçə sayan və 21 apreldə namaz qılmayan bütün məscid axundları əsaslı hesab verməlidir.

İlahi, bunlar nə qədər tupoy, axmaq məxluqlardılar. Adam bunlarla bir ölkədə yaşadığı üçün xəcalət çəkir.
Amma bütün bunlardan əlavə deyək qoy sionist nökərləri bilsinlər. Bilsinlər ki, Tehranda Ayətullah Xamenei ağanın imamətliyi ilə minlərlə insan fitr bayramı namazı qıldı. İranın əzəmətini, inqilabın ehtişamını görmək üçün internet saytlarına müraciət edib acığınızdan ölün.

Siz öz mənliyinizi, şəxsiyyətinizi sionist rejimə qurban vermisiniz amma İran xalqı, Azərbaycanın mömin xalqı öz müctəhidinə, İslam inqilabına, İnqilab rəhbərinə daim bağlıdır. Allah haqq əhlini qorusun. Haqqın önünə sədd çəkmək istəyənləri xar və məhv eləsin.




4005 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP