14 Fevral 2023

Türkiyədəki zəlzələni İran törədib

Türkiyənin neçə gündür ki, müxtəlif şəhərlərində zəlzələlər baş verib. İnsanlar dağıntılar altında qalıb. Hər gün də ölənlərin, yaralıların sayı durmadan artır. Müxtəlif ölkələrdən Türkiyəyə yardımlar edilir. Allahdan ölənlərə rəhmət diləyir, yaralıların şifa tapmasını arzu edirik.

Türkiyə bu hadisə ilə üzləşər üzləşməz dövlət elan verdi ki, bizə yardım edin. Şərdoğan açıq aşkar deyə bilməsə də üstüörtülü dedi ki, qələt edib İrana hücum etmək üçün Azərbaycanı tırkalamışam. Şər doğmaq istədim, öz başıma şər gəldi. İndi də zəhmət olmasa kömək edin.

İlk köməyə gələnlər də İran və Rusiya oldu. Allahın işinə, iranlıların kişiliyinə baxın ki, hamı İranda Ərdoğanın şər doğan bir insan olduğunu bildiyi halda yenə də Türkiyəyə yardım etdilər.

Bu arada Azərbaycan telekanalizasiyalarının birində sionist rejimin nökəri olan bir aparıcı qadın güya İrandan səhv tutur. Deyir ki, Türkiyəyə İran prezidenti İbrahim Rəisi gec zəng vurub başsağlığı verib. Başqa bir xəstə sionist rejimin nökəri deyir ki, İran bizim soydaşlarımıza yardım etmək əvəzinə Suriyaya yardım edir. Məqsədi də Xoyda yaşayanlardı. Çünki həmin gün İranın Xoy şəhərində də zəlzələ oldu.

Deyirəm gör bu sionist rejimin nökəri olan insanlar nə qədər şəxsiyyətsiz, mənliyini itirmiş, həyasız məxluqlardı ki, bu cür vəziyyətdə belə İrana hürməyi unutmurlar. Əlbəttə unuda bilməzlər. Çünki İranın Türkiyənin imdadına getməsi sionist İsrail rejiminin natahatlığına səbəb olub. İstər-istəməz iki ölkənin yaxınlaşmasına səbəb olacaq amildir. Ona görə də sionist rejim Azərbaycanda olan tulalarına əmr verib ki, var qüvvə ilə İran əleyhinə hürün. Hətta mümkün olsa deyin ki, Türkiyədəki zəlzələni İran törədib. Bunlar da xalqın bir çoxunun sadəlöhvlüyündən istifadə edib var qüvvə ilə İran əleyhinə hürürlər.

Amma Allahın planı tamam başqadır. Allah sionist rejimin planlarını alt üst edəcək. Müsəlman ölkələri yenə əvvəlki kimi qardaş, dost ölkə olacaqlar. Əlbəttə ki, xalqlar da bir iradə ortaya qoymalıdır. Çünki Quran məntiqi budur ki, xalqlar özündə olanı dəyişməyincə Allah onların vəziyyətini dəyişməz.


668 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP