01 Fevral 2023
Azərbaycanda vicdanlı deputat?

Doğrudan da Erkin müəllimə halal olsun. Düzdür adama deyərlər ki, bəs əgər demokratik seçki yoxdursa niyə deputatxanada oturmusuz. Bunun cavabını da yəqin ki, Erkin müəllim özü düşünüb. Bizlik deyil. Bizə maraqlı gələn Azərbaycanın analoqu olmayan ölkə olmasının bir daha sübuta yetməsi oldu. Düzdür bəzi adamlar deyə bilər ki, zaman zaman Azərbaycan iqtidarı gözdən pərdə asmaq üçün bir iki müxalifəti deputatxanaya buxarıb və kəskin çıxış etməsinə şərait yaradıb. Deməli Erkin Qədirli bəyin etdiyi ilk deyil. Ondan qabaq da bunu edənlər olub. Doğrudur. Amma burada başqa bir maraqlı məqam var. O da budur ki, Erkin bəy məhz oturduğu yeri tənqid edib. Yəni bir var çıxıb deyəsən ki, xalqı hakimiyyət pis günə qoyub. Ölkədə azad seçki yoxdur. Azərbaycan hakimiyyəti diktator hakimiyyətdir. Bunu çoxları deyə bilər. Amma biri də var ki, deyirsən ki, mənim oturduğum deputatxana demokratik üsulla təşkil edilmədiyi üçün özüm haqqında da bir söz deyə bilmərəm.
O gündən bu yana hakimiyyətin təyin etdiyi deputatlar Erkin Qədirlini tənqid etməyə başlayıb.
Əslində Erkin bəy deputatxanda inqilab edib. İllərdir ağzına su alıb susan deputatlar da danışmağa başlayıb. Ona görə də həm cəsarətinə, həm də deputatxananın ölüxana olmadığı sübut etdiyinə görə Erkin bəyə xüsusi təşəkkürnamə verilməlidir. Deputatlar da qış yuxusundan ayıldıqlarına, az da olsa tanındıqlarına görə Erkin bəyə təşəkkür etməlidirlər.