26 Yanvar 2023
Bəhruz Məhərrəmov kimi deputatları normal ölkələrdə iti qovan kimi qovurlar

Daha sonra sərsəmləməsinə belə davam edir: "Aramızdakı mövcud gərginlik isə yalnız İranın molla rejiminin təcavüzkar, ikiüzlü, riyakar siyasətindən qaynaqlanır." Burda bu saxtakara demək lazımdır ki, təyinatla deputatxanada gedib oturmusan, dilini qarnına qoyub xalq üçün gün ağla. Düzdür, səni orda oturdan ağaların lazım gələndə səndən tələb edirlər ki, İrana hürəsən. Amma hürəndə də elə hür ki, dediklərinə inanan olsun. İkiüzlü, riyakar sənsən ki, bir yandan özünü xalqın, millətin vəkili hesab edirsən, digər yandan isə xalq səsi ilə yox yuxarıların təyinatı ilə orda oturmusan.
Daha sonra zillət vəkili deyir: "Amma bir daha deyirik, biz istənilən vaxt İranla dialoqa və eyni zamanda münasibətlərin normallaşdırılmasına hazırıq. Sadəcə İran özü minimum insan haqlarının tələb etdiyi standartlara hörmətlə yanaşmalıdır. Bizim 30 milyondan artıq soydaşımızın haqlarını tanımalı, onlara ana dilində təhsil imkanı yaratmalı, eyni zamanda İran ərazisindəki digər millətlərə göstərilən münasibət bu ölkənin böyük çoxluğu olan azərbaycanlılara da göstərilməlidir”. Burda bu alçağa demək lazımdır ki, özünü yandıran qazilərin haqlarından danışmısan ay debil? Acından ölən insanlardan danışmısan? Ölkəndə pullular xidmətə getmir, kasıb balaları qırğınına verilir bundan danışmısan? Bahaçılıq baş alıb gedir bundan danışmısan? Haqqı deyənlər həbs edilir bundan danışmısan? Şəhid anaları qan ağlayır bundan danışmısan? Ölkədə haqsızlıq, özbaşınalıq baş alıb gedir bundan danışmısan? Sizin kimi şərəfsizlərin, İrana hürən alçaqların ümumiyyətlə insan haqlarından danışmağa haqqı yoxdur.