17 Dekabr 2022

Atı atın yanına bağlamamaq gərək

İstanbul meri həbs edilib. Haqqında Türkiyə məhkəməsi 2 il bir neçə ay həbs qərarı çıxarıb. Siyasi fəaliyyətə də son qoymalıdır. Türkiyədə seçkilər yaxınlaşır. Hakim partiya bir vaxtlar onu 54 faizlə məğlub edib İstanbulda mer olan Əkrəm İmamoğludan bəlkə də qorxduğu üçün onun qarşısını almağa çalışır.

Bu yerdə atalar sözü yada düşür. Atalar ta bineyi-qədimdən bizə deyirlər ki, atı-atın yanına bağlamayın. Bizdə bir dəstə xəyalpərəst xəyal edirdi ki, Ərdoğan bizə nə qədər çox gəlib getsə o qədər bizə demokratiya, insan haqları gətirə bilər. Amma iş tərsinə oldu. Ərdoğanın ayağı bizim torpaqlara dəyəndən görünür özü də diktatora çevrilir. Bizdə olduğu kimi Türkiyədə də müxalifət həbsi başlayıb. Sonra da deyirlər ki, Azərbaycanda heç nə inkişaf etmir. Görmürsüz necə inkişaf edirik? Türkiyə kimi bir dövlət bizdən nümunə götürüb müxalif rəqiblərini bir-bir sıradan çıxardır.

İndi yəqin ki, İmamoğlunun təmsil etdiyi Cumhuriyət Xalq Partiyasının qurucusu olan Atatürk bəyin sümükləri qəbirdə sızlayır. Adam o boyda demokratiya qoyub getdi. O boyda dövlət qurub türklərə hədiyyə verdi. Görün bu boyda ölkəni nə günlərə qoydular? Əlbəttə Ərdoğan hər nə qədər hiyləgər, maşennik, tülkü lələ olsa da dindardır. Ən azından qıldığı namaz olmasa da neft kaçalkaları kimi qalxıb əyilmələri var. CHP - dən kimsə ona etiraz etsə deyəcək ki, bilirsiz nə var? Durun tullanın burdan. Sizin nə haqqınız var ki, məni diktatorluqda suçlayırsınız. Siz həmin Atatürkün törtöküntülərisiniz ki, Türkiyədə ruhaniləri öldürdü, ruhani libasını qadağan elədi, hicaba yasaq qoydu. Allahın dini ilə müharibə etdi. O qədər ruhani öldürdünüz, bir dənə İmamoğlu həbs edilib bunu çox görürsünüz. Yüz dənə İmamoğlu qurban olsun bir ruhaninin ağ saqqalına. Hə onda nə deyəcəksiniz? Odur ki, CHP növbəti seçkilrədən ötrü gərək İmamoğlu görkəmində bir nəfəri tapıb Ərdoğanın qabağına çıxartsın.


1211 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP