04 Avqust 2022
Məhərrəmin ilk günündən yatırtmaq istədikləri məktəb daha da ucaldı

Amma nə baş verdi. Heç kəs tərəfindən tanınmayan, divara yazdığı şüarın uzaq başı on, on beş nəfər qonşu tərəfindən görünmüş olacaq bu xanımın evinə hücum çəkib gəldilər. O vaxtın zalım hakimiyyətlərinin Əhlibeyt (ə) tərəfdarlarını evlərində qonaq saxlayan insanların bu addımını it kimi iy bilib həmin nurani evlərə hücum çəkən insanlar kimi gəldilər. Divara yazılmış Ya Hüseyn adından qorxan axmaq polis nəfərləri divarı rənglədilər ki, Hüseyn adı itib batsın. Daha sonra yenidən yeni boyanmış divara bir daha Ya Hüseyn yazdılar. Ondan sonra həmin xanım zeynəbçi kimi bütün sosial şəbəkələrdə məşhur oldu.
İmam Hüseyn (ə) məktəbinin bərəkətinə baxın ki, bu adı və məktəbi ört-basdır etmək istədilər, amma daha çox hüseynçilər məşhur oldular. Elə məhərrəm ayının ilk günündə Bakı sanki Kərbəla meydanına döndü. Allah rəhmət eləsin, hər kim deyibsə ki, yel yatar, tufan yatar, batmaz Hüseynin məktəbi. Bu cümləyə bir cümlə də artırmaq lazımdır.
Yel yatar, tufan yatar, yatmaz Hüseynin məktəbi,
Hey yetişdirmiş bu məktəb çox hüseynçi Zəynəbi.
Xülasə, qazi xanımı olan həmin möminə bacımız artıq Zeynəbçi adı ilə tanınır. İstədilər Hüseynin (ə) adını silsinlər, sosial şəbəkələrdə Zeynəb adı məşhurlşdı. Məhərrəm ayının elə ilk günündə iki ay matəm məclislərində duyulacaq qədər Kərbəla məktəbi, İmam Hüseynin (ə), Xanım Zeynəbin (s.ə), Həzrət Abbasın (ə) aləmə duyuldu.
Ləbbeykə ya Hüseyn
Ləbbeykə ya Hüseyn
Ləbbeykə ya Hüseyn