23 İyun 2022

Deputatlara yüksək maaş verin gedib özlərinə seçici tapsınlar

Azərbaycan kimi diktatura sistemli ölkələrdə vətəndaş kimdir ki, gedib Milli Məclisdə otursun. Vətəndaş Milli Məclisdə otura bilməyəndə Milli Məclis deputatxana sayılır. Azərbaycanda kimin hünəri var ki, xalqın səsi ilə gedib xaraba qalmış deputatxanada otursun? Bütün seçkiləri saxtakarlıq, səsoğurluğu, karusellə keçən ölkədə deputatxana seçkiləri də bir şey deyil. Kimin yaxşı pulu, bir də GÖZƏGİRƏNLİYİ varsa gedib deputatxanada xoruldayır. Və əgər bir yerdə Siyavuş Novruzov, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Fazil Qəzənfər kimi səfehlər, lazımsız məxluqlar yığılıb oturursa bilin ki, ora heç vaxt xalqın, millətin məclisi ola bilməz.

İndi söz gəzir ki, deputatların maaşı qalxmalıdır. Deputat yığını oturub belə bir qərar qəbul edib ki, xeyir olaye itin - qurdun ölkədə villası, biznesi var, bütün günü xalqı talayırlar, biz niyə talamayaq. Üstəlik, Qüdrət, Fazil kimi sionist türkü olan deputatlar Türkiyədə məşhur olan "dövlətin pulu dəniz, yeməyən donuz" fikrini öz həyatlarının devizinə çevirib donuz olmamaq, əksinə donuz kimi dövlətin pulunu yeməyə can atırlar. Uzaqbaşı soruşan olanda ki, ay qardaş, axı siz bir iş bacaran deyilsiz, o saat məscidlərdə donuz saxlayan ermənilərə İranın dəstək verməsi məsələsini ortalığa atırlar.

Budur bax, 7500 manat maaşı alan Qüdrət Həsənquliyev bu pulların piltə piltə onun və onun kimi haramxorların burnundan gələcəyinə inanmadığı üçün deyib ki, maaşlar qalxmalıdır. Sayt yazır ki, Qüdrət Həsənquliyev bir müddət öncə millət vəkillərinin öz seçiciləri ilə rahat görüşməsi, səfərlərə gedə bilməsi üçün deputat maaşının 8-10 min civarında olması gərəkdiyini bildirmişdi. Amma burada Qüdrət bəy xəta edib. Çünki xalq bunların xalqın səsiylə seçilmədiyini yüz faiz bilir. Daha yaxşı olardı ki, deputatların maaşı artsın. Amma buna görə ki, onlar bu yüksək maaş ilə gedib özlərinə seçici tapsınlar. Necə ki, deputatxanaya çağırış olanda özlərinə əziyyət verib qapı - qapı yalvarır, xalqdan onlara səs vermələrini istəyirlər. (Əlbəttə, bu qədimdə belə idi, indi pulun və GÖZƏGİRƏNLİYİN oldu bəsdir) Kişilikləri olsun, təkcə xalqa işləri düşəndə yox, işə başlayanda da nəzər salsınlar.


659 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP