04 Aprel 2022
Kimin imanı yoxdursa hicabı qəbul etmir, təhsil-məhsil bəhanədir

Bu cür problem çıxaranlar sadəcə imansız insanlardır. Onlar Allahın vacibini haram etmək istəyən dinsiz-imansız zümrədir, məktəb-təhsil sadəcə bəhanədir. Bax indi biz sual veririk ki, güya qısa ətək, qışda şalvar geyim formasına daxil edilirsə hicab niyə edilməməlidir?
Hansı məktəbin, Təhsil Nazirliyinin, təhsil ekspertinin imanı, Allah qorxusu varsa onlar hicab əleyhinə müharibəyə heç vaxt qalxmazlar.
Misal olaraq iki təhsil ekspertini qeyd edə bilərik; Elşən Qafarov adlı hicab düşməni deyir ki, hicab olmamalıdır. Amma digər təhsil eksperti Səbinə Əliyeva məntiqli danışır və hicabı qəbul etməyən dinsizlərə dərs verir. O öz müsahibəsində belə deyir:
"Niyə qısa ətək, açıq-saçıq geyinmək, saçları fərqli rənglərə boyamaq cəmiyyətimizi narahat etmir, amma baş örtüyü, uzun ətək geyinmək narahat edir? Baş örtüyü uşağın öz seçimidir. Valideyn uşağın seçiminə qarışmır. Uşaq hansı tərbiyəni alırsa, ona uyğun da davranış sərgiləyir. Mən bunu çox gözəl qarşılayıram. Mənə görə pis olan uzun dırnaqlar, burunda sırğa, bədəndə tatu, kip geyimlər, rəgbərəng, cəlbedici, üstündə xoş olmayan sözlər yazılmış çantalardır. Yeri gəlmişkən, şagirdlərin məktəbə smartfon aparmasını da düzgün hesab etmirəm. Müşahidə etdiyimiz kimi, tez-tez bunun xoş olmayan nəticələri ilə qarşılaşırıq. Birinci növbədə də, uşaqlar bir-birilərini uyğunsuz vəziyyətdə çəkir, sosial mediada yayırlar və beləliklə çox ciddi problemlər yaşanır. Bu, bulinqə şərait yaradır."
Bu cür suallardan nəticə çıxartmaq lazımdır. İki məsələni qarşı-qarşıya qoymaq lazımdır. Birinci məsələ hicab əleyhinə müharibə aparanların qərəzli olmasını göstərmək, ikinci məsələ isə təhsil sahəsində yüzlərlə problem hələ də öz həllini tapmadığı halda diqqətləri bu problemlərdən yayındırmaq. Məhz bu problemləri kölgədə qoymaq naminə hicab məsələsini ortalığa atıb diqqəti başqa səmtə yönəldirlər.
Çox hörmətli təhsil eksperti Səbinə Əliyeva da diqqəti bu məsələyə yönəldib məktəblərdəki problemləri sadalayır və deyir ki, niyə bu cür xoşagəlməz halların qabağı alınmır, amma hicab o saat dinsizlərin kor gözünə girir?
Əgər ölkədə Allaha imanı olan insanlar rəhbərlik etsəydilər, təhsil mərkəzlərinin müdiriyyəti imanlı olsaydı hicabla bağlı bu qədər müharibə aparmazdılar, əksinə müharibə edənləri cəzalandırardılar. Bu gün hansısa təhsil eksperti, müdir, müəllim açıq-aşkar bir formada Allahın dininə qarşı çıxır, qanunu pozur, insanların dini etiqad və vicdan azadlıqlarını məhdudlaşdırırsa bundan ötrü rəhbərlik birinci dərədəcə məsuliyyət daşıyır.