03 Fevral 2022

Şah İsmaildən sionist baş nazirinə şillə kimi cavab

Sionist İsrail rejiminin qondarma baş nazirinin fotosu yayılıb. Əlində də kitab. Çox maraqlı fotodur. Kitabın üz qabığında İmam Xomeyninin (r) fotosu var. Kitab "İslam və inqilab" adlanır. İmam Xomeyninin qələmə aldığı kitabdır. Sionist baş naziri bu kitabı oxuyur, inqilabi fikirlərlə tanış olmağa çalışır. Harda inqilab etmək istəyir, İran xalqının, İslami quruluşun, inqilab rəhbərinin əleyhinə bu kitabdan istifadə etmək istəyir, yoxsa başqa şeytani planları var, bu haqda hələlik hansısa bir bilgiyə sahib deyilik. Amma açıq-aşkar nümunə götürüləsi bir işdir. Sanki digər müsəlman xalqlara mesaj ötürür ki, siz də bu kitabı əldə edib oxuyun, məlumatlanın və zülm əleyhinə inqilab edin.

Sionist, qondarma baş nazir bu kitabdan İran milləti, İslami quruluş əleyhinə istifadə etmək üçün istifadə etmək fikrindədirsə anlamalıdır ki, bu kitab zalım imperiyaları çökdürən kitabdır. Bu kitab heç də onun düşündüyü kimi zalımlara məzlumların üzərində qələbə qazandıran kitab deyil. Bu kitab zalımların zülmü altında inləyənlərə, zəiflərə, müstəzəflərə güclülər, hegemonlar üzərində uğurlu və ilahi qələbə çalmağı öyrədən kitabdır. Bu kitab zalım, qoluzorluların ziəflər üzərində qələbəyə nail olmasını təmin edən kitab deyil.

Deyilənə görə Osmanlı şahı Sultan Səlim Səfəvi Şah İsmailin top zənciri qıran qılıncını ələ keçirdikdən sonra top zəncirini qıra bilmir. Şah İsmayıl isə bunun sirrini izah edərkən bildirir ki, qılınc həmin qılıncdır, amma qol, bilək həmin deyil.

Bu cavab sionist baş nazirinin həyasız sifətində partlayan bir şapalaqdır.

Bu cür inqilabi fikirləri nəinki hansısa sionist naziri, hətta zalımın zülmü altında qan ağlayan hər məzlum belə oxusa yanında Allaha İmam Xomeyni ağada olan təvəkkül olmasa heç bir faydası olmaz. Bu fikirlərin yanında Allaha güclü təvəkkül, Allahdan başqa heç kimdən qorxmamaq olmalıdır. Bu fikirlərin yanında Allahdan başqa kiminsə qabağında diz qatlamamaq, Allahdan başqa hər şeyi fani hesab etmək dayanır. Bu inqilabi fikirlərin yanında Allahın eşqində şam kimi əriyən bir vücud olmalıdır. Bu fikirlərin yanında dünya hegemonlarının ilahi gücün yanında bir toz qədər də ola bilmədiyinə bütan vücudu ilə inanmağı bacaran bir rəhbər dayanmalıdır.


1627 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP