21 Yanvar 2022

Kimisə təhqir etmək fikriniz varsa birinci öz evinizdən başlayın

Həm incəsənət cəhətindən, həm məzmun etibarilə bir qəpiyə dəyməyən "Sonuncu şam yeməyi" filmi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Dini təqəbənin hiddət və etirazına səbəb olan bu film təəssüflər olsun ki, hələ də yerləşdirildiyi yutub kanalından silinməyib.

Azərbaycanda hələ bu cür cahil, axmaq, dinlə, dini dəyərlərlə müharibə edən insanlar vardır. Hacı 44 günlük müharibə bizə göstərdi ki, din nədir, şəhid kimdir, dini inanc nədir? Məgər, Qarabağın azadlığından ötrü canını əsirgəməyən şəhidlər dini deyilmi İslam? Sizin kimi səfehlər qaçıb gizləndiyiniz halda dini təhqir etdiyiniz insanlar canlarını fəda etdilər. Onlar şəhid oldular ki, siz torpaq üstündə gəzib müqəddəs vətən torpağını murdarlayasız? Məgər, 44 günlük müharibə sizə dinin əzəmətini göstərmədimi?

Hardan qaynaqlanır bu səfehlik? Təbii ki, burada mövcud hakimiyyətin də böyük günahı var. Ona görə ki, mövcud hakimiyyət həm dini təbliğin qarşısını ölkədə hər vəchlə alır, təmiz insanları, həqiqi ruhaniləri həbs edir, meydanı özünün xidmətində olan bəzi din xadimlərinin ixtiyarına verir. Digər tərəfdən də bu hakimiyyət zərrə qədər müsəlmançılığa riayət etsəydi onların qulaqburmasından çəkinib bu qələti etməzdilər.

Amma belə hallarda İslamı təhqir edən hər bir kəsə deməli olduğumuz bir cümlə var. O cümlə bundan ibarətdir ki, əgər kimisə təhqir etmək fikriniz varsa birinci öz evinizdən başlayın. Çünki bəyənmədiyiniz, təhqir etdiyiniz din bizə öyrədir ki, insan yaxşı bildiyi bir işi birinci özü görməlidir, öz yaxınlarından əsirgəməməlidir. Əgər, sən bilirsənsə ki, təhqir yaxşı şeydir, ifadə, incəsənət, yaradıcılıq azadlığıdır elə buyur birinci öz evindən başla, yaxşılığı birinci öz ailənə elə.

Bu cür islamofobik addımları şiddətlə qınayırıq. Tələb edirik ki, bu video sosial şəbəkələrdən yığışdırılsın.
Dini camiə həyalı, imanlı insanlar olduqları üçün bu cür nadürüst insanları söyüb təhqir etmirlər. Amma bu cür bir hal başqa insanlara qarşı edilsəydi nəinki həmin filmin yaradıcı heyəti, bəlkə ölüsü də dirsi yağlı söyüşlərə tuş gələcəkdi.

Bir məsələni də deyək ki, bu alçaqlığa təkcə dindarlar yox hətta ibadət əhli olmayan insanlar da etiraz etməlidirlər. Məgər, onaların dini-imanı yoxdur? Məgər, dara düşəndə Allaha qurban olmaq üçün növbəyə dayanan bu insanlar deyil? Bu işə hətta prezident belə etiraz etməlidir. Çünki həmin filmdə prezidentin müqəddəs kitabı, andiçmə zamanı əl basıb and içdiyi müqəddəs Qurani şərif təhqir edilib. Bu alçaqlığa vicdanlı insanlar dözə bilməzlər.


1728 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP