27 Dekabr 2021
İmam Xomeyninin (r) baxışında hökumət
Hökumət ali məqsədləri həyata keçirmək üçün vasitədir
Hökumət başçılığını öhdəyə almaq öz-özlüyündə xüsusi bir məqam deyil. Bu, hökmləri icra etmək, İslamın ədalətli quruluşunu bərqərar etmək üçün bir vasitədir. İbn Abbas həzrət Əmirəlmöminin Əlinin (ə) hökumətə baxışı barədə belə bir hədis nəql edir: “Zu-Qarda Əmirəlmöminin (ə) ayaqqabısının cırılmış yerlərini yamayarkən onun yanına getdim. Mənə buyurdu ki, bu ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Buyurdu: Allaha and olsun, bu ayaqqabı sizlərə rəhbərlik və əmirlik etməkdən mənim üçün daha qiymətlidir. Lakin (mən əmirliyi və hakimiyyəti ona görə qəbul etdim ki,) haqqı sübut etməli, batili aradan götürməliyəm.” (“Nəhcül-bəlağə”, səh. 76, xütbə 33)
Deməli, hakim və rəhbər olmaq özlüyündə bir vasitə olmaqdan başqa bir şey deyildir. Allah adamlarının baxışında əgər bu vasitə yaxşı işlərdə və ali məqsədlərin həyata keçməsi yolunda işlənilməsə, heç bir dəyəri yoxdur. Ona görə də İmam Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Bu qədər camaat (mənə beyət etmək üçün) toplaşmasaydı, höccətin tamam olmasına kömək etməsəydilər, Allah-Taalanın zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən) ac qalmasına razılaşmamaları üçün alimlərdən aldığı əhd-peyman olmasaydı, xəlifəlik dəvəsinin yüyənini onun hörgücünün üstünə atardım, xəlifəliyin sonuna əvvəlcə verdiyim kasada su verərdim.” (“Nəhcül-bəlağə”, səh. 50, xütbə 3 - Şiqşiqiyyə xütbəsi)
Aydındır ki, hökumət başçısı olmaq bir vasitə əldə etməkdir, (ilk addımda) mənəvi bir məqam deyildir. Mənəvi məqam olsaydı, heç kəs onu nə qəsb edə bilərdi, nə də buraxa bilərdi. Hər vaxt hökumət və rəhbərlik ilahi hökmləri həyata keçirmək və İslamın ədalətli sistemini yaratmaq üçün bir vasitə olsa, dəyər tapar və onun başçısı yüksək mənəviyyata sahib olar. Bəzilərinin gözünü dünya örtdüyü üçün belə düşünürlər ki, hökumət və rəhbərlik öz-özlüyündə imamlar (ə) üçün bir məqamdır və əgər başqaları hökumətlik məqamına sahib olsalar, dünya dağılar. Halbuki SSRİ-nin rəhbəri, Amerika prezidenti, İngiltərə baş naziri hökumət başçılarıdır. Kafir olmalarına baxmayaraq hökumət rəhbərləridir, siyasi nüfuza malikdirlər. Bu hökumət, nüfuz və siyasi iqtidar onların öz məqsədlərini və qeyri-humanist siyasətlərini qanun yolu ilə həyata keçirmək üçün bir vasitədir.
Adil imamlar və fəqihlər hökumətdən və hökumət təşkilatlarından ilahi hökmləri həyata keçirmək, ədalətli İslam sistemini qurmaq və xalqa xidmət etmək üçün istifadə etməlidirlər. Sırf hökumətdə olmağın onlar üçün zəhmət və məşəqqətdən başqa bir faydası yoxdur. Vilayəti-fəqih mövzusu vəzifəni yerinə yetirməkdir.
Hökumətin ali məqsədləri
Həzrət Əli (ə) hökumətə rəhbərliyi öhdəsinə almasını ali məqsədlərin həyata keçirilməsi üçün olduğunu vurğulayır və onu belə tərif edir: “Allah-Taalanın zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən) ac qalmasına razılaşmamaları üçün alimlərdən aldığı əhd-peyman olmasaydı, xəlifəlik dəvəsinin yüyənini hər an onun hörgücünün üstünə atardım xəlifəliyin sonuna əvvəlcə verdiyim kasada su verərdim.” (“Nəhcül-bəlağə”, səh. 50, xütbə 3)
Yaxud buyurur:
«اللّهُمّ، إِنّكَ تَعْلَمُ أَنَّهُ لَمْ يَكُنِ الّذى كانَ مِنّا مُنافَسَةً فِى سُلْطانٍ، وَ لَا الْتِماسَ شَيْء مِنْ فُضُولِ الْحُطامِ.»
«وَ لكِنْ لِنَرُدَّ الْمَعالِمَ مِنْ دينِكَ، نُظْهِرَ الْإصلاحَ فِى بِلادِكَ فَيَأْمَنَ الْمَظلوُمُونَ مِنْ عَبادِكَ، وَ تقامَ الْمُعَطَّلَةُ مِنْ حُدُودِكَ.»
Ali məqsədlərə çatmaq üçün lazım olan xüsusiyyətlər: Ədalət və qanunu bilmək
Dövlət təşkil etməklə və əlində olan hökumətlə İslamın ali məqsədlərini - İmam Əlinin (ə) açıqladığı hədəfləri gerçəkləşdirmək istəyən rəhbər, bundan əvvəl də işarə etdiyimiz qanunu bilmək və ədalətli olmaq kimi iki xüsusiyyətə malik olmalıdır. Buna görə Əmirəlmöminin Əli (ə) hökumətin məqsədlərini sadaladıqda hökumət başçısı üçün lazım olan xüsusiyyətləri də qeyd edir:
«الّلهُمَّ انّى أَوَّلُ مَنْ انابَ وَ سَمِعَ وَ أَجابَ. لَمْ يَسْبِقْنى إلَّا رَسُولُ اللَّهِ صلّى اللَّه عَلَيهِ وَ آلِه بِالصّلاةِ. وَ قَدْ عَلِمْتُمْ أَنّهُ لا يَنْبَغى انْ يَكُونَ الْوالي عَلَى الْفُروُجِ وَ الدّماءِ وَ الْمَغانِمِ وَ الأَحْكامِ وَ إِمامَةِ الْمُسلِمينَ الْبَخيلُ. فَتَكُونَ فى أَموالِهِمْ نَهمَتُهُ.»
«و لَا الْجاهِلُ فَيُضِلَّهُم بِجَهلِهِ»
«وَ لَا الْجافِى فيقطعَهم بِجَفائِهِ، وَ لَا الْخائِفُ لِلدُّوَلِ فيَتَّخِذ قَوْماً دُونَ قَوْمٍ»
Yaxşı diqqət etsəniz görəcəksiniz ki, bu rəvayətdə iki mövzu ətrafında söz gedir: elm və ədalət. Bu iki xüsusiyyət hakim üçün lazımdır. “Nə də cahil olmalıdır ki, öz cahilliyi ucbatından onları azğınlığa salsın” cümləsində elm xüsusiyyətinin olmasını önə çəkir və digər ifadələrdə isə gerçək ədalətə işarə edir. Gerçək ədalətin mənası dövlətlərlə, camaatla davranmaqda, xalqla qarşılıqlı işlərdə, məhkəmə işlərində, ümumi gəliri bölməkdə həzrət Əli (ə) kimi davransın; Malik Əştərə və ümumiyyətlə, bütün vali və hakimlərə təyin etdiyi proqram (“Nəhcül-bəlağə”, səh. 426, məktub 53) üzrə əməl etsin. Çünki bu ümumi bir proqramdır və fəqihlər də hakim olsalar, bu proqramı özləri üçün bir göstəriş hesab etməlidirlər.
Mənbə: “Vilayəti-fəqih” kitabı, s. 74
Hökumət başçılığını öhdəyə almaq öz-özlüyündə xüsusi bir məqam deyil. Bu, hökmləri icra etmək, İslamın ədalətli quruluşunu bərqərar etmək üçün bir vasitədir. İbn Abbas həzrət Əmirəlmöminin Əlinin (ə) hökumətə baxışı barədə belə bir hədis nəql edir: “Zu-Qarda Əmirəlmöminin (ə) ayaqqabısının cırılmış yerlərini yamayarkən onun yanına getdim. Mənə buyurdu ki, bu ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Buyurdu: Allaha and olsun, bu ayaqqabı sizlərə rəhbərlik və əmirlik etməkdən mənim üçün daha qiymətlidir. Lakin (mən əmirliyi və hakimiyyəti ona görə qəbul etdim ki,) haqqı sübut etməli, batili aradan götürməliyəm.” (“Nəhcül-bəlağə”, səh. 76, xütbə 33)
Deməli, hakim və rəhbər olmaq özlüyündə bir vasitə olmaqdan başqa bir şey deyildir. Allah adamlarının baxışında əgər bu vasitə yaxşı işlərdə və ali məqsədlərin həyata keçməsi yolunda işlənilməsə, heç bir dəyəri yoxdur. Ona görə də İmam Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: “Bu qədər camaat (mənə beyət etmək üçün) toplaşmasaydı, höccətin tamam olmasına kömək etməsəydilər, Allah-Taalanın zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən) ac qalmasına razılaşmamaları üçün alimlərdən aldığı əhd-peyman olmasaydı, xəlifəlik dəvəsinin yüyənini onun hörgücünün üstünə atardım, xəlifəliyin sonuna əvvəlcə verdiyim kasada su verərdim.” (“Nəhcül-bəlağə”, səh. 50, xütbə 3 - Şiqşiqiyyə xütbəsi)
Aydındır ki, hökumət başçısı olmaq bir vasitə əldə etməkdir, (ilk addımda) mənəvi bir məqam deyildir. Mənəvi məqam olsaydı, heç kəs onu nə qəsb edə bilərdi, nə də buraxa bilərdi. Hər vaxt hökumət və rəhbərlik ilahi hökmləri həyata keçirmək və İslamın ədalətli sistemini yaratmaq üçün bir vasitə olsa, dəyər tapar və onun başçısı yüksək mənəviyyata sahib olar. Bəzilərinin gözünü dünya örtdüyü üçün belə düşünürlər ki, hökumət və rəhbərlik öz-özlüyündə imamlar (ə) üçün bir məqamdır və əgər başqaları hökumətlik məqamına sahib olsalar, dünya dağılar. Halbuki SSRİ-nin rəhbəri, Amerika prezidenti, İngiltərə baş naziri hökumət başçılarıdır. Kafir olmalarına baxmayaraq hökumət rəhbərləridir, siyasi nüfuza malikdirlər. Bu hökumət, nüfuz və siyasi iqtidar onların öz məqsədlərini və qeyri-humanist siyasətlərini qanun yolu ilə həyata keçirmək üçün bir vasitədir.
Adil imamlar və fəqihlər hökumətdən və hökumət təşkilatlarından ilahi hökmləri həyata keçirmək, ədalətli İslam sistemini qurmaq və xalqa xidmət etmək üçün istifadə etməlidirlər. Sırf hökumətdə olmağın onlar üçün zəhmət və məşəqqətdən başqa bir faydası yoxdur. Vilayəti-fəqih mövzusu vəzifəni yerinə yetirməkdir.
Hökumətin ali məqsədləri
Həzrət Əli (ə) hökumətə rəhbərliyi öhdəsinə almasını ali məqsədlərin həyata keçirilməsi üçün olduğunu vurğulayır və onu belə tərif edir: “Allah-Taalanın zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən) ac qalmasına razılaşmamaları üçün alimlərdən aldığı əhd-peyman olmasaydı, xəlifəlik dəvəsinin yüyənini hər an onun hörgücünün üstünə atardım xəlifəliyin sonuna əvvəlcə verdiyim kasada su verərdim.” (“Nəhcül-bəlağə”, səh. 50, xütbə 3)
Yaxud buyurur:
«اللّهُمّ، إِنّكَ تَعْلَمُ أَنَّهُ لَمْ يَكُنِ الّذى كانَ مِنّا مُنافَسَةً فِى سُلْطانٍ، وَ لَا الْتِماسَ شَيْء مِنْ فُضُولِ الْحُطامِ.»
“İlahi, Sən bizim işlərimizdən agahsan. Bunlar nə hakimiyyətə, xəlifəliyə meylə, rəğbətə və nə də dünya malından bir şeyə sahib olmağa görədir.” (“Nəhcül-bəlağə”, səh. 189, xütbə 131)
Dərhal ondan sonra özünün və səhabələrinin hansı məqsədlə təlaş etdiklərini açıqlayır:
«وَ لكِنْ لِنَرُدَّ الْمَعالِمَ مِنْ دينِكَ، نُظْهِرَ الْإصلاحَ فِى بِلادِكَ فَيَأْمَنَ الْمَظلوُمُونَ مِنْ عَبادِكَ، وَ تقامَ الْمُعَطَّلَةُ مِنْ حُدُودِكَ.»
“Sənin (dəyişmiş dininin) nişanələrini qaytarmağımız, zülm görmüş bəndələrin əmin-amanlıqda, rahat olması, pozulmuş hökmlərin icra olunması, şəhərlərini islah edib asayişi bərqərar etməyimiz üçündür.” (“Nəhcül-bəlağə”, səh. 189, xütbə 131)
Ali məqsədlərə çatmaq üçün lazım olan xüsusiyyətlər: Ədalət və qanunu bilmək
Dövlət təşkil etməklə və əlində olan hökumətlə İslamın ali məqsədlərini - İmam Əlinin (ə) açıqladığı hədəfləri gerçəkləşdirmək istəyən rəhbər, bundan əvvəl də işarə etdiyimiz qanunu bilmək və ədalətli olmaq kimi iki xüsusiyyətə malik olmalıdır. Buna görə Əmirəlmöminin Əli (ə) hökumətin məqsədlərini sadaladıqda hökumət başçısı üçün lazım olan xüsusiyyətləri də qeyd edir:
«الّلهُمَّ انّى أَوَّلُ مَنْ انابَ وَ سَمِعَ وَ أَجابَ. لَمْ يَسْبِقْنى إلَّا رَسُولُ اللَّهِ صلّى اللَّه عَلَيهِ وَ آلِه بِالصّلاةِ. وَ قَدْ عَلِمْتُمْ أَنّهُ لا يَنْبَغى انْ يَكُونَ الْوالي عَلَى الْفُروُجِ وَ الدّماءِ وَ الْمَغانِمِ وَ الأَحْكامِ وَ إِمامَةِ الْمُسلِمينَ الْبَخيلُ. فَتَكُونَ فى أَموالِهِمْ نَهمَتُهُ.»
“İlahi, mən haqqa çatan, onu eşidən və qəbul edən ilk şəxsəm. Allahın Peyğəmbərindən (s) başqa heç kəs namazda məndən öndə olmayıb. Sizlər yaxşı bilirsiniz ki, camaatın namusuna, canına, qənimətlərə və İslamın hökmlərinə hakim, müsəlmanlara imam olana paxıllıq yaraşmaz ki, onların malını toplamağa tamah sala.”
«و لَا الْجاهِلُ فَيُضِلَّهُم بِجَهلِهِ»
“Nə də cahil olmalıdır ki, öz cahilliyi ucbatından onları azğınlığa salsın.”
«وَ لَا الْجافِى فيقطعَهم بِجَفائِهِ، وَ لَا الْخائِفُ لِلدُّوَلِ فيَتَّخِذ قَوْماً دُونَ قَوْمٍ»
“Nə zalım olmalıdır ki, öz zülmü ilə onların kökünü kəsib pərişan etsin. Dövlətlərdən qorxmamalıdır ki, biri ilə dost olsun və başqası ilə düşmən.”
«وَ لَا الْمُرْتَشى فِى الْحُكْمِ فَيَذْهَبَ بِالْحُقُوقِ وَ يَقِفَ بها دُونَ الْمَقاطِعِ، وَ لَا الْمُعَطَّلَ لِلسُّنَةُ فَيُهْلِكَ الامَّةَ.»
“Nə hökm üçün rüşvət alan olmalıdır ki, xalqın haqqı tapdanaraq şəriətin hökmü bəyan edilməsin, nə də həzrət Peyğəmbərin (s) yolunu getməyənlərdən olsun ki, ümmət onu öldürsün.” (“Nəhcül-bəlağə”, səh. 189, xütbə 131)
Mənbə: “Vilayəti-fəqih” kitabı, s. 74