08 Dekabr 2021
Saakaşvili və Yaqublu Amerikanı demokrat hesab etdikcə...
Gürcüstanda Saakaşvili həbs edilib, Azərbaycanda Tofiq Yaqublu gündüz günorta vaxtı - dediyinə görə - polislər tərəfindən döyülür. Bəli, Azərbaycan polisinin xalqın yanında olmadığı üçün xalqın yanında olanları döyməsi inandırıcı bir şeydir. Məgər, xalq Azərbaycan polisindən nə xeyir görüb ki? Bu həmin polisdir ki, aksiyalar olanda yaşlı qoca, qadın kişi demədən döyəyə- döyəyə sürüyə- sürüyə insanları maşınlara doldurub aparırlar. Bunlar həmin polislərdir ki, nəinki narkotik maddələrin ölkədə yayıımasının, gənclərin narkomana çevrilməsinin qarşısını almırlar, üstəlik onların satılmasında, yayılmasında müstəsna rol oynayırlar. Ən azından Azərbaycanda nə qədər baliqa var ki, polisin onların varlığından xəbəri var. Amma onlara sərf etmədiyi üçün bu insanları həbs etmirlər. Bu həmin polisdir ki, xalq tərəfindən it adına layiq görülüb.
Yaqublunu Saakaşviliyə də oxşadırlar. İkisi də mübarizəsindən əl çəkmir. İftiraya məruz qalır, döyülür, həbs edilir, ingəncə görür, amma tutduğundan əl çəkmir.
Hər ikisinin bu mənada oxşar cəhətinin olmasından əlavə başqa bir oxşar cəhəti də mövcuddur. O da budur ki, ikisi də Amerikanı demokrat dövlət hesab edir, yeri gələndə tərifləyir, Amerikaya inanır. Üstəlik, Saakaşvili bu yaxınlarda Amerikanın hayhayı gedən vayvayı qalan prezidentinə məktub yazıb onu müdafiə etməsini istəmişdi. Amerika prezidentinin isə Roma papasının yanında sayıqladığı kimi Saakaşvilinin də məktubunu meksikalı tele-serial qəhrəmanının məktubu hesab edib əhəmiyyət verməməsi ehtimal edilir.
Yaqublunun da dindarlar, dinlə bağlı fikirləri sağlam deyil. Adam təkcə öz işiylə, müxalifətçiliyi ilə kifayətlənsə yaxşı olar. Çünki onunku o sahədə yaxşı alınır. Dini müstəvidə münasibət bildirəndə, bir də Amerikanı tərifləyəndə işləri korlayır. Budur bax, Azərbaycanda vəhşicəsinə döyülüb. Hardadır Amerika və onun demokratiyası? Düzdür, bu hadisə Amerikada baş verməyib, Yaqublunun bəxti gətirməyib ki, bu hadisə İranda da baş verməyib, yoxsa Amerika o saat həmin polis idarəsindən tutmuş Yaqublunun başına keçirilən torbaya, onu əyləşdirdikləri maşına qədər sanksiya tətbiq edəcəkdi. Yaqublu birinci adam deyil, axırıncı da deyil. O Azərbaycanda zülmə məruz qalan xalqın bir fərdidir sadəcə. Amerika isə Azərbaycanı 2003-cü ildən bəri əvvəlkindən daha çox bədbəxt günə qoyan bir ailənin Azərbaycanda varlığına, hakim olmasına göz yumur. Ərdoğan məsələsində olduğu kimi Amerika məsələsində də Saakaşvili, Tofiq Yaqublu kimi insanlar Amerikaya qəzəblənib "sən necə demokratik dövlətsən ki, bir dəfə bu zülmə bir söz deməmisən" deyə bilmirlər.
Biz isə Amerikadan demokratiya, insan haqlarına hörmət zad ummuruq. Çünki bu dövlət təməli terrorla qoyulan, terror təşkilatları yetişdirib maliyyələşdirən, dövlətləri işğal edən, çevriliş edib öz adamını hakimiyyətə gətirən alçaq, xəbis bir dövlətdir.
Biz Azərbaycanda azadlıq istəyənlərin müsəlman xalqa güvənib nəsə etməsini istəyirik. Görün Saakaşvili azərbaycanlılara yazdığı məktubda nə deyir: "Mənim əziz və sevimli azərbaycanlı həmvətənlilərim.
Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə sizə öz təşəkkürümü bildirirəm. Sizi çox sevirəm, sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm.
Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, harada ki, hər kəs qorunacaq, çiçəklənəcək və heç kəs sizə haqsızlıq edə bilməyəcək..."
Düzdür, o bu məktubu Azərbaycanda yaşayan azərbaycanlılara yox, Gürcüstandakı azərbaycanlılara yazıb. Çünki o gözəl bilir ki, Azərbaycan camaatı inqilab edə bilsəydi, elə öz ölkəsində mövcud olan diktatura rejiminin əleyhinə nəsə bir iş edərdi. İkincisi, Saakaşvilinin bizim azərbaycanlılara məktub yazmağa üzü də yoxdur. Çünki o da prezident olanda öz ölkəsinə demokratiya gətirdi, rüşvəti aradan qaldırdı, amma Azərbaycanda mövcud olan diktatorlara dost dedi, rüşvətxorların akulalarını bağrına basdı.
Belə görünür ki, Saakaşvili və Yaqublu Amerikanı demokrat hesab etdikcə daha çox zülmə məruz qalacaqlar.