30 Noyabr 2021

Siyasət belə bir şeydir

Kimlərinsə görmək istəmədiyi foto barədə

Bir müddət sosial şəbəkələrdə sionist İsrail türkləri yaman fəallaşdı. Azərbaycanda bəzi dindarlar tutulanda hətta bəziləri yazdı ki, vəssalam, artıq İranın ayağı Azərbaycandan kəsilir, İran agentləri bir-bir həbs edilir və s. və i.a. Bəli, çox böyük xəyal qırıqlığına uğradılar. İlham Əliyevin sonuncu narkotik məsələsini İrana bağlaması və sionist PUA-sı önündə şəkil çəkdirməsi artıq sionist türklərində 100 faizlik batil bir təsəvvür formalaşdırmışdı ki, İran artıq Azərbaycan tərəfindən darmadağın edilmək, böyük turan qurulmaq üzrədir. Bəli əziz dostlar və sionist türkləri, siyasət belə bir şeydir.

Bu günlərdə sionist türklərinin görmək istəmədiyi bir foto - hətta İsrailin ölkəmizdə təsir agenti olan Axar, Yeni Musavat kimi saytları belə yayımladı. Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasının prezidenti Ayətullah Rəisi ilə olan foto və videosunu paylaşdılar. Bu cür sionist nökəri olan saytları da bir mənada qınamaq olmur. Hər iki agent saytın (və onlar kimi başqa agentura rolunu oynayan mediaların) rəhbərliyi əvvəllər İrana da İlham Əliyevə də düşmən idilər. İlham Əliyevin atasına da şiddətli nifrət edirdilər. Sonradan ruzigar onları sərt vurdu. İdeallarını satsalar da düşündülər ki, beş on manat çörək pulu xatirinə qalıb mediada fəaliyyətlərini davam etdirsinlər. Hakimiyyətin nökəri olsalar da, İrana olan kinləri soyumadı. Çünki sionist İsrail onlara tula payı verdikcə onlar daha çox həvəslənirlər.
İran İslam Respublikasının rəhbərliyi hər zaman Azərbaycanı, Türkiyəni dost qardaş ölkə hesab edib. Azərbaycanda və Türkiyədə olan sionist türklərini çıxmaq şərtilə hər zaman bu xalqlar ilə dostluq əlaqələri qurmağa çalışıb. Bu dəfə də öz böyüklüklərini göstərib Türkmənistandan gələn qazı Azərbaycana ötürməyə razılıq verdilər. İlham Əliyevin də ermənilərlə birlikdə uzun illərdir birgə "narkotik aparıb gətirən İran" haqda məlum çıxışı iki qardaş ölkə arasında qırğın sala bilmədi. Hamı bu fikri müzakirə edərkən "siyasətdə olur belə şeylər" deyib keçdilər.

Azərbaycanda bəzi sionist türkləri yenə də narahatdır. Çünki Azərbaycan ilə İran hər vaxt yaxınlaşanda sionist İsrail narahat olur. Sionistlərin ölkəmizdəki təsir agenti olan saytlar da İran barədə bir kəlmə də xoş söz yazmadı. Əksinə, soruşsanız durub İranı borclu çıxarıb deyərlər ki, əşşi, onun da mənfəəti var deyə qazın Türkmənistandan alınıb Azərbaycana ötürülməsində vasitəçilik edir. İran isə tədbirlidir. Sionistdən, Amerikandan insanlığa dost olmadığını bildiyi kimi sionist köpəklərindən də öz ehtiyatını hər zaman qoruyub saxlayır.


1813 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP