23 Oktyabr 2021

Ölkəmizdəki bədbəxt sionist mediası və onu it yerinə qoymayan sionist rejim

Sionist rejimin dünyada müsəlmanlara qənim kəsildiyi kimi müxtəlif ölkələrdəki sionizmə bağlı olan media da müsəlmanlara qənim kəsilib. Sionist medianın bir parçası da Azərbaycanda mövcuddur.

Məlum olduğu kimi İsrail bu neçə həftə müddətində Azərbaycan ilə İranın arasını vurmağa çalışdı. Burada iki müsəlman, şiə xalqının bir birinə düşmən edilməsini, bir birinin əliylə qırılmasını gerçəkləşdirmək istədi. İsrail üçün fərqi yoxdur ki, qırılan fələstinli olsun, yoxsa azərbaycanlı yaxud iranlı. Hətta, məzhəb qırğını planları da var idi ki, bunu da Türkiyəni İran əleyhinə qızışdırmaqla reallaşdırmaq istəyirdi. Amma, Allaha şükür olsun ki, arzuları ürəklərində qaldı.

Hərbi cəhətdən bir qələt eləyə bilməyən sionistlər ölkəmizdəki tulalarını işə saldılar. Şiə dövləti olan İrana hürən bütün media qurumları, dırnaqarası müxalifət, iqtidar nümayəndələri hamısı sionistlərin tulalığını yerinə yetirirlər. Amma, sionistlər bu ünsürləri it yerinə də qoymur. Düzdür, bu ünsürlər qeyd etdiyimiz kimi sionist tulalarıdır, amma sionistlər bunları it yerinə qoymur. Çünki silahları Azərbaycana ötürməklə iki ölkənin arasını vuran bu sionistlər öz ordusunu yollayıb Azərbaycanda qırdırmayacaq. Türkiyə də özünün məhmətciyini yollamaz. Təkcə planda bu var idi ki, Azərbaycan əsgərləri qırğına verilsin. İsrailin nəinki İrana, İranın dəstəklədiyi müqavimət hərəkatlarına belə gücü çatmadığı halda Azərbaycanı odda yandırmağa çalışırdı. Halbuki elə bu yaxınlarda sionistlər fələstinli müqavimətçilərin müqabilində birtərəfli təslim oldular.

Bədbəxt sionist mediası isə tulapayı alıb İrana hürməyi özünə şərəf bilir. Bu axmaq media mənsubları anlamırlar ki, İranın qabağından üyüdən sionistlər Azərbaycanı poliqona çevirməklə xalqı qırdırmağa çalışırlar. Axmaq media mənsubları da sanki arxayın olublar ki, İran əleyhinə sionistlər vuruşacaqlar və İrandakı azəriləri "azad edəcəklər."

Bununla da bir daha sübut olundu ki, İsrail qorxaqdır və İrandan hər zaman qorxduğu kimi bu dəfə də qorxub geri çəkildi. Bütün dünya bilir ki, qapan it hürməz. İranda İslam İnqilabı qələbə çalan vaxtdan bu günə qədər itlər hürür, amma qapmaq bacarıqları yoxdur. Allahın köməkliyi ilə bundan sonra da olmayacaq.


2443 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP