13 Sentyabr 2021
Masazırda kef edən fransız xalqı var?
Azərbaycan filmlərinin ikisində fransız sözü keçir. Biri "Şərikli çörək" filmidir. Müharibə dövrünün uşaqlarına baxmaq üçün bir kişi fotoaparata bənzəyən bir cihaz gətirir. İzahsız iki manat, izahlı beş manata başlayır müharibə dövrünün uşaqlarından pul qırpır. Bir şəkili izah edərkən deyir: Fransız xalqı kef eləyir.
İkinci kino isə "Fransız" filmidir. Orada rəhmətlik Ağasəlim Çıldağ demişkən müsəlman olmaq istəməyən bir fransız evin tavanına dırmaşır. Həmin kinoda "Masazırda fransız var" sualı verilir.
Fransızın niyə müsəlman olmaq istəməməsinin səbəbi bu deyil ki, müsəlman ölkələrində diktatura baş alıb gedir. Nədirsə səbəb başqadır. Çünki hətta müsəlman ölkələrində baş alıb gedən diktaturanı nəzərə alsaq belə adama deyərlər ki, sən müsəlman ol, düz əməlli müsəlmançılığını yaşa. Sən müsəlman olub düz əməlli müsəlmançılıq edə bildin, diktaturaya qarşı baş qaldıra bildin, İslam icazə vermədi?!
Bir daha fransız xalqına baxın. Hazırda "Şərikli çörək"də deyildiyi kimi doğrudan da fransız xalqı kef eləyir. Bütün günü küçələrdən yığışmırlar. Neçə ildir ki, əyinlərində də bir sarı jilet var. Aksiya meydanlarında gecəni sabahlamaqdan, sabahı gecələməkdən əyinlərindəki sarı jiletin rəngi də sapsarı olub. Heç bilinmir liderləri də kimdir. Bizim yazıq Cəmil bəy stadiona min nəfər adam yığa bilmir. (Milli futbolumuza qəbir olan stadion müxalifətə də qəbir funksiyasını yerinə yetirir) İndi deyirsiz ki, kef eləyən fransız xalqı müsəlman olub bizim camaata qoşulsun? Gül kimi etirazlarını edirlər. 120 min meydanlara tökülüb Makrona deyirlər ki, sən hara prezident olmaq hara? Sən olsan olsan dükanlara makaron daşıyan "pastavşik" olarsan.
Ola bilər bundan sonra beş bəlkə on il də meydanlarda bunların jiletləri kimi gözlərinin kökü də saralacaq. Amma, zato sabah balaları "fransız xalqı kef eləyir" fikrini təsdiqləmiş olacaqlar. (Bəlkə də Azərbaycan kinosunun gözü dəydi fransız xalqına)
Bəs Masazırda fransız varmı? Masazırda acından qırılan xalq üzünü tutub Fransaya. Bilirsiniz nə qədər yerlimiz var ki, baş götürüb qaçıb Fransaya? Heç qayıtmaq da istəmirlər. Fürsət ələ düşəndə də Azərbaycanda xalqın qanını içən məmurları söyürlər.
Ruzigar camaatı elə günə qoyub ki, Masazırda nəinki fransız heç azərbaycanlı da tapmaq çətindir. Masazırda fransız tapsaydıq Fransada olduğu kimi 120 min nəfərə qədər olmasa da heç olmasa min iki min nəfər yığıb sarı jilet geyindirib "Məhsul" stadionuna aparardıq, onlar da etiraz edərdilər. Özləri görməsələr də balaları sabah biri gün ağ gün görərdi. Gələcəkdə bəlkə fransız kinolarında Azərbaycan xalqı kef edir ifadəsi də Demokratiyanı öz beşiyi olan Fransadan daşıyıb Azərbaycana gətirərdi.